Naxçıvanda vergi daxilolmaları 23 % ə yaxın artıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 96 milyon manat vergi daxil olub.
Xidmətdən verilən məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,6 % çoxdur.
Hesabat dövründə ödənilən vergilərin 66,8 %-i qeyri-dövlət sektorunun, 33,2 %-i isə dövlət sektorunun payına düşüb.
Qeyri-dövlət sektorundan daxilolmalar 64,1 milyon manat təşkil edib. 2024-cü ilin 5 ayına nisbətən bu sektordan vergi daxilolmaları 13,6 milyon manat və yaxud 26,9 % çox olub.
XQ
Baxış sayı:79
Bu xəbər 10 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















