Naxçıvanda yas məclisinə toplaşan 20 nəfər zəhərləndi YENİLƏNİB
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Dəm qazından zəhərlənənlərin hamısı qadındır.
“Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Daxil olanlar arasında səkkiz nəfərdə dəm qazına xas olan əlamətlər müşahidə edilib”.
Globalinfo.az xəbər verir ki, bu sözləri APA-nın yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkimi-infektsionisti Tahirə Məmmədova deyib.
Həkim qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilmiş və uzun müddət müşahidə altında saxlanılıb: “Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda yerləşdirdiyimiz xəstə yoxdur”.
***18:57
Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.
Belə ki, 20-dən çox şəxsin yas mərasimində dəm qazından zəhərləndiyi bildirilir.
Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 12 Dekabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















