Naxçıvandan olan idmançılar dünya kubokunun mükafatçıları sırasında
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Antalya şəhərində keçirilən "Turkish Open" WAKO dünya kubokunda ölkəmizi Azərbaycan Kikboksinq Federasiyasının 82 idmançı, 10 məşqçi, 6 hakimdən ibarət yığma heyəti təmsil edib. Millimiz 17-si qızıl, 16-sı gümüş və 16-sı bürünc olmaqla, ümumilikdə 49 medal ilə komanda hesabında üçüncü olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Xalq qəzeti”nə verilən məlumata görə, yığmanın heyətində Naxçıvanda fəaliyyət göstərən “Ləvənt” Döyüş Klubunun təsisçisi və məşqçisi Etibar Qəribov, idmançılardan Qənbər Nəqiyev və Hüseyn Behbudov da olub.
Nəticələrə gəlincə, ilk dəfə beynəlxalq səviyyəli yarışda iştirak etməsinə baxmayaraq Hüseyn Behbudov (37 kq) 2014-cü il təvəllüdlü kikboksçular arasında “point fight” versiyasında qızıl medal qazanıb.
Klubun təcrübəli idmançısı Qənbər Nəqiyev (60 kq) isə böyüklər arasında “low kick” versiyası üzrə bürünc medala layiq görülüb.
Səbuhi HƏSƏNOV
Baxış sayı:102
Bu xəbər 19 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















