Icma.az
close
up
RU
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi TƏHLİL

Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi TƏHLİL

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Zəngəzur dəhlizi Azərbaycanın beynəlxalq hüquqdan doğan haqqıdır və qeydsiz-şərtsiz açılmalıdır



Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib ki, Ermənistanın suveren ərazisindən keçən bütün yollara yalnız İrəvan özü nəzarət edəcək. Rəsmi bildirib ki, Ermənistan ərazisindən keçən hər hansı dəhliz (Zəngəzur nəzərdə tutulur - red.) və ya yolun başqa bir tərəfin nəzarəti altında olmasından söhbət belə gedə bilməz. Xatırladaq ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bəyan edib ki, Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq olmasını,  Ermənistanın buna maneə olmamasını, Türkiyə ilə ölkəmiz arasında coğrafi maneə kimi fəaliyyət göstərməməsini istəyir.

 Bunun ümdə şərtlərindən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq: "Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar". Vurğulayaq ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın müvafiq öhdəliyidir və üçtərəfli bəyantlarda bu hal təsbit olunub. 


Erməni politoloq Sergey Melkonyan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi məsələsi ilə bağlı beynəlxalq konsensus yarada bilib. Bakının tələblərini xatırladan analitik bildirib ki, Ermənistan faktiki olaraq bu tələblərdən birini yerinə yetirməyə hazır olduğunu göstərib: 

"Ermənistan 2027-ci ildə konstitusiyanın dəyişdiriləcəyini bəyan edib. Aİ müşahidə missiyası məsələsi də faktiki gündəmdədir. Gördük ki, Azərbaycan Rusiyanı bu gündəmə necə cəlb elədi, bu, dəhlizin onlar üçün faydalı olduğunu göstərir. Həmçinin ABŞ-dən belə bir bəyanat eşitdik ki, Türkiyə, Ermənistan, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya arasında əlaqə Vaşinqton üçün çox vacibdir. Əlbəttə, söhbət Zəngəzur dəhlizindən gedir. Buna beynəlxalq konsensus deyirlər. Azərbaycan bu gündəmin ətrafında birlik yarada bilib. Dəhliz Azərbaycan və Türkiyənin nəzarətində olacaq”. Ekspertlərə görə, Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər. 


Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Zəngəzur dəhlizi qlobal sistemin içərisindəki geosiyasi dəyişiklik kontekstində də ələ alınmalıdır. Alim vurğulayıb ki, Zəngəzur dəhlizi Orta Dəhlizin yükdaşıma qabiliyyətinin artırılması, Türk Dünyasının birliyinin, bütünlüyünün təmin edilməsi baxımından da mühümdür: 

"Tarixi aspektdən də baxsaq, Zəngəzur ana südü kimi Azərbaycanın halal ərazisidir. Bütün arxiv sənədləri göstərir ki, XIX əsrin sonu, XX əsrin əvvəlləri Zəngəzur və ətraf bölgələr tamamilə Azərbaycan yurdu olub. Qeyri-qanuni şəkildə Azərbaycandan alınaraq Ermənistana hədiyyə edilib. Hətta ilk dövr sovet-bolşevik rəhbərləri Zəngəzura soxulmuş daşnak erməni çətələrini oradan çıxartmaq üçün ultimatum verərək ərazinin Azərbaycana məxsus olduğunu qeyd ediblər. Rusların özlərinin XIX əsrin sonlarına aid olan Cənubi Qafqazdakı kəndlilərin durumunu əhatə edən ətraflı topluda Mehri, Qafan və Qarakilsədə türk-müsəlman əhalinin sayının ermənilərdən dəfələrlə çox olduğu, kəndlərin əksəriyyətinin türk-müsəlmanlara aid olduğu açıq şəkildə görünür". 


T. Nüsrətoğlu vurğulayıb ki, Zəngəzurun Ermənistana verilməsi bir tərəfə, ərazilərimizin ermənilərə hədiyyə edilməsi prosesi Azərbaycan Kommunist Partiyasının rəhbərliyini erməniyönlü, erməni kökənli qeyri-millətlərin nümayəndələrinin zəbt etməsindən sonra davam edib: 

"1920-cu ildə  Qars anlaşmasının müddəalarına zidd şəkildə Naxçıvanın kəndləri Ermənistana verildi. Zəngilan rayonunun, o dönəmki Cəbrayıl qəzasının Nüvədi və digər 3 kəndi Mehri rayonuna birləşdirildi və koridor artırıldı. Stalinin Serqo Orconikidzeyə, Orconikidzenin Çiçeroya yazdığı məktublar da göstərir ki, Azərbaycanı Türkiyədən ayırmaq, Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi. Ona görə də Zəngəzur dəhlizi Azərbaycanın beynəlxalq hüquqdan doğan haqqıdır və qeydsiz-şərtsiz açılmalıdır. Təbii, burada həssas məsələlər var. İranın, Rusiyanın, Avropa İttifaqının və digər ölkələrin siyasəti ortadadır. Amma buna baxmayaraq, Zəngəzur dəhlizi açılmalıdır. Beynəlxalq şərait də əlverişlidir. Ermənistanın özünün iqtisadi maraqları bunu tələb edir. Ancaq İrəvan istəyir ki, dəhliz üzərində nəzarət-keçid məntəqələri quraşdırılsın. Azərbaycan isə qəti şəkildə tələb edir ki, Naxçıvanla Azərbaycan arasında gediş-gəliş maneəsiz, kontrolsuz olmalıdır. Kalininqrad modelində olduğu kimi eksterritoriallıq (toxunulmazlıq hüququ) təmin edilməlidir. Əgər bunu etməsələr, Azərbaycan Zəngəzurdakı haqqlarını geri almaq siyasətini icra edəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri