Naxçıvanın Baş naziri kolektivə təqdim olundu Fotolar
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunan Cabbar Musayev kollektivə təqdim edilib.
“Qafqazinfo” xəbər verir ki, təqdimatdan əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib.
Daha sonra Ceyhun Cəlilov Prezidentin təqdimatına uyğun olaraq, Cabbar Musayevi Nazirlər Kabinetinin kollektivinə təqdim edib.
Baş nazir çıxışında göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlığını vurğulayıb. O, ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında icra edilməsini, müəyyən edilmiş məsuliyyəti, dürüstlük, şəffaflıq və peşəkarlıqla yerinə yetirəcəyini bildirib.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 09 Fevral 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















