Icma.az
close
up
RU
Naxçıvanın inkişafı üçün mühüm islahatlar...

Naxçıvanın inkişafı üçün mühüm islahatlar...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Konstitusiya Qanununa dəyişikliklər bir sıra önəmli yenilikləri ehtiva edir

Ölkəmizdə həyata keçirilən islahatlar davamlı xarakter daşıyır. Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özünün yaxın və uzaq hədəflərini konseptual əsaslarla müəyyənləşdirir. Bu zaman bir sıra fundamental amillər, o cümlədən ölkənin potensialı, mövcud reallıqları, yeni qlobal çağırışlar nəzərə alınır və uğurlu koordinasiya təmin edilir.

Milli Məclis Konstitusiya Qanununu II oxunuşda qəbul edib

Ölkəmizin yeni reallıqlarına, möhkəm bazaya istinad edilməklə gələcək üçün daha mühüm hədəflərin müəyyənləşdirlməsi, inkişaf çərçivəsinin genişləndirilməsi artıq bir zərurət kimi çıxış edir.  Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Təbii ki, ölkəmizin reallıqlarına və yeni qlobal çağırışlara uyğun müəyyənləşdirliən strateji vəzifələrin uğurla həyata keçirilməsi, gözlənilən nəticələrin əldə olunması bir sıra amillərdən asılıdır. Bu həm də optimal idarəetmə mexanizmindən, kadrların çevikliyindən asılı olan bir məsələdir. Heç bir halda köhnə üsullarla yeni dövrün tələblərini ödəmək mümkün deyil. Nəzərə alaq ki, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycan müasirləşmə yolu tutub, hər sahədə ölkəmizin yüksək standartları müəyyənləşdirilib. Ona görə də, idarəetmə, siyasi və s. islahatlar ölkəmizin inkişafına xidmət edir.

Yeri gəlmişkən, Milli Məclisin fevralın 2-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun II səsvermədə qəbul olunması Muxtar Respublikanın idarəetmə sistemində vacib islahatları əks etdirir. Bəs sözügedən Konstitusiya Qanununda hansı məsələlər əksini tapır? Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qəzetimizə bildirib ki, ötən ilin may ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Konstitusiya Qanunu qəbul edilib və təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilib.  Onun sözlərinə görə, Konstitusiya qanununun layihəsində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin əlavə edilməsi, 1 maddənin çıxarılması, bir sıra maddələrdə, o cümlədən preambulada dəyişikliklər edilməsi nəzərdə tutulur. Belə ki, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir” müddəası tamamilə düzgün olaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının preambulasında da öz əksini tapacaq. Eyni zamanda, Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində ölkə rəhbərinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanı kimi nəzərdə tutulur. Nümayəndəliyə rəhbərliyi dövlət başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi həyata keçirəcək. Bundan başqa, layihəyə əlavə edilən digər maddədə, yəni  28-1-ci maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması məsələləri öz həllini tapır.

Ali Məclis ölkə Prezidenti tərəfindən buraxıla bilər

Ə.Hüseynli qeyd edib ki, dəyişikliklərə əsasən Ali Məclisin 31 deputatının tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Ali Məclis ölkə Prezidenti tərəfindən buraxıla bilər: “Bu Konstitusiya qanununda vacib dəyişikliklərdən biri də “Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi” adlı 5-ci maddəsinin Konstitusiyadan çıxarılmasıdır. Bundan başqa, nəzərdə tutulur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Ali Məclis sədrinin təklifləri əsasında ölkə Prezidenti tərəfindən təyin edilsin. Həmçinin, layihədə Azərbaycan Prezidentinin, yaxud Azərbaycan Milli Məclisinin təklifi ilə Naxçıvan Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilməsi də nəzərdə tutulur. Konstitusiya qanunu layihəsinə əsasən, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Ali Məclis deputatlarının statusuna dair qanunların 31 səs çoxluğu ilə, digər məsələlərin isə 23 səs çoxluğu ilə qəbul olunacaq. Eləcə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün nəzərdə tutulan Naxçıvanda 5 ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılır”.

Əli Hüseynli: Dəyişikliklər Azərbaycan Konstitusiyasının unitarlığına tam uyğundur

Komitə sədri diqqətə çatdırıb ki, digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının Naxçıvan Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin olunması kimi vacib bir müddəadır. Bundan başqa, Konstitusiya qanununun layihəsinə əsasən Naxçıvan Nazirlər Kabineti Naxçıvan Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən edəcək. Həmçinin, sənəddə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq, Ali Məclis sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulur. Nəhayət, layihəyə əsasən Ali Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları deyil, qanunlar qəbul edəcək. Digər dəyişikliklər isə texniki xarakter daşıyır.

“Hesab edirəm ki, bu Konstitusiya qanunu Azərbaycan Konstitusiyasına, onun unitarlığına tamamilə uyğundur. Biz Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında mövcud olan, o cümlədən icra hakimiyyəti orqanına mənsub olan bir sıra səlahiyyətlərin qanunvericilik hakimiyyətində olması kimi ziddiyyətləri də aradan qaldırmış oluruq”, - deyə Ə.Hüseynli vurğulayıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsverməyə çıxarılır.  “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu da birinci dəfə ötən ilin növbədənkənar sessiyasında qəbul olunmuşdu. Bu səbəbdən ikinci səsvermə fevralın 2-də baş tutub.  

Nardar BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see503

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see271

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see266

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see248

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see242

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see239

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see231

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see225

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see222

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see218

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see211

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see206

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see203

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see203

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see195

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see191

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see188

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see183

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see179

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri