Icma.az
close
up
RU
Naxçıvanlı şair Qonçabəyimin obrazı Nikoloz Barataşvilinin qələmində

Naxçıvanlı şair Qonçabəyimin obrazı Nikoloz Barataşvilinin qələmində

525.az saytına istinadən Icma.az xəbər verir.

Musa QULİYEV (RƏHİMOĞLU)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
[email protected]

Klassik gürcü ədəbiyyatının romantik nümayəndəsi olan görkəmli şair və tərcüməçi Nikoloz Melitonoviç Barataşvili 1817-ci il dekabrın 4-də Tiflisdə (indiki Tbilisidə) yoxsullaşmış knyaz ailəsində doğulub. Onun atası Meliton XIX yüzilliyin 40-cı illərində tanınan bir şəxs olub. Bir neçə dili mükəmməl bilən Meliton o dövrün məşhur generalları Tormasovun, Yermolovun və Paskeviçin hərbi ekspedisiyalarında iştirak etmiş, mayor hərbi rütbəsi almışdı.

Şairin tədqiqatçıları qeyd edirlər ki, Melitonhəm də Tiflis qəzasında yeddi ilədək yüksək vəzifədə işləyib. Nikolozun anası Efimiya isə gürcü çarı II İraklinin nəvəsidir. Nikoloz ana babası knyaz Zurab Orbelianinin evində doğulmuş və tərbiyə almışdır. Dayısı Qriqol Orbeliani hərbçi olmaqla bərabər, həm də şair olub.

Meliton Barataşvilinin ailəsi əvvəlcə Muxran körpüsünün yaxınlığında Sion və Ançisxati qədim kilsələrinin arasındakı ərazidə yerləşən birmərtəbəli evdə və 1841-ci ildə Ançisxati kilsəsinin yaxınlığındakı evdə yaşayıb. Barataşvili ailəsi 1841-ci ildən isə indi ev-muzeyə çevrilən yerdə qədim Ançixati soborunun yaxınlığında məskunlaşıb.

Qeyd edək ki, evdə onu "Tato" deyə çağırırdılar. Barataşvilinin yaşadığı ev indi Nikolozun ev-muzeyinə çevrilib. Muzeyin giriş qapısında iri hərflərlə "Tato" yazılıb.

Oxuculara məlumat üçün deyim ki, məşhur gürcü şairi Nikoloz haqqında bir elmi məqalə və bir neçə publisistik məqalələr yazıb, çap etdirmişəm. Buna əsas səbəb şairin 1844 cü ildə Naxçıvanda yaşayıb-işləməsi olub. İstəmişəm ki, Azərbaycan-Gürcüstan ədəbi, tarixi əlaqələrinin Naxçıvan səhifəsi də unudulmasın. Ancaq indiyədək bu əlaqələr kompleks şəkildə araşdırılmayıb.

Nikoloz ilk şeirini yazanda 17 yaşı vardı. O, çox gənc ikən, 28 yaşını tamamlamamış, 1845-ci il oktyabrın 21-də Gəncə şəhərində vəfat edib. Gəncədəki kilsənin həyətində dəfn edilsə də, 1893-cü ildə onun cənazəsinin qalıqları Tblisə aparılıb və Didube qəbrisitanlığında dəfn edilib. 1938-ci ildə Gürcüstan hökumətinin qərarı ilə onu Şeyx Sənan dağının sinəsində yerləşən Müqəddəs David kilsəsinin həyətində yerləşən Fəxri xiyabanda - panteonda dəfn etmişlər.

Gürcülər Şeyx Sənan dağına Mtatsminda dediklərindən fəxri panteon da Mtatsminda adını daşıyır. Özündən sonra yadigar qoyduğu ədəbi irsi 37 şeirdən və bir poemadan ibarət olsa da, şairə böyük şöhrət gətirib. Həmin şeirlərdən biri də "Qonçabəyim" adlanır. Bu haqda bir az sonra.

Nikoloz Barataşvilinin gimnaziyada birlikdə oxuduğu dostu Levan Melikişvilini Naxçıvan qəzasına rəis təyin edirlər. O, yaxın dostu Nikolozu özünə köməkçi təyin edir. Nikoloz o vaxtlar Naxçıvanda Poliçeyski küçəsində yerləşən Qəza idarəsində (keçmiş Naxçıvanşünaslıq Mərkəzi yerləşən bina) köməkçi vəzifəsində işləyir və həmin məhəllədəki ikimərtəbəli bir binanın 2-ci mərtəbəsində yaşayıb. Yaşadığı binadakı mənzil Qəza idarəsinin lap yaxınlığında olub. Binanı 2005-ci ildə söküblər. Fotoşəklini əldə etmişik. O vaxtlar əksər dövlət idarələri bu küçədə yerləşirdi və küçənin axırına yaxın yerdə, sağ tərəfdə bağın içərisində general-mayor I Ehsan xanın sarayı yerləşirdi.

Özünün qürbətdə çox tənha hiss edən gənc şair dostu və yaxın qohumu Maiko Orbelianiyə yazdığı məktublarda Naxçıvanla bağlı bəzi hissləri haqqında da məlumat verib. Ümumiyyətlə, onun yazdığı 20-yə yaxın məktub indi onun ev-muzeyində qorunub saxlanılır.

Azərbaycan musiqisini ürəkdən sevən Nikoloz dayısı Zaxari Orbelianiyə yazdığı bir məktubda müğənni Səttarı yada salır. Onun Naxçıvandan dayısı qızı Maiko Orbelianiyə yazdığı məktub çox maraqlıdır və naxçıvanlı şair Qonçabəyim haqqında ilk məlumatı ondan öyrənirik. Gürcü dilini mükəmməl bilən tədqiqatçı-alim Dilarə Əliyeva "Ürək bir dilək bir" kitabında (Bakı, "Yazıçı" nəşriyyatı, 1981) Nikolozun dostu və dayısı qızı Maikoya yazdığı məktubun Azərbaycan dilində tərcüməsini də verib və şair Qonçabəyimlə bağlı axtarışlarını da bölüşüb (səh.123-125). 1969-cu ildə Dilarə xanım "Elm və həyat" jurnalında "Qonçabəyim" adlı məqaləsi çap edilmişdir. Hətta o yazıda naxçıvanlı şair Qonçabəyimin fotosu da verilib. D.Yermakovun 1895-ci ildə Naxçıvanda Qonçabəyim adında bir qadının çəkdiyi fotoşəklin arxasında "Tatarskaəbekşa" yazılıb. Yeri gəlmişkən, bu foto qətiyyən şair Qonçabəyimə aid deyil. Çünki 1895-ci ildə Qonçabəyim 60 yaşını keçmiş bir qadın olardı. Axı, şair Nikoloz onunla 1844-cü ildə görüşəndə Qonçabəyimin 18 yaşı olduğunu yazıb. Fotodakı bəy qızı Qonçabəyim Nikolozun təsvir etdiyi gözəllikdə deyil. O fotonun kimə məxsus olduğu da müəyyənləşib. Dəqiqləşmələrdən sonra oxuculara məlumat veriləcəkdir.

Amma 2002-ci ildən etibarən Naxçıvan xanlığı, Naxçıvan xanları, onların varisləri, ümumiyyətlə Kəngərli tayfası ilə bağlı bir çox arxivlərdə axtarışlar aparmışıq. Tapılan sənədlərin heç birində Ehsan xanın Qonçabəyim adlı qızına rast gəlinməyib. Hətta onun xidmət (formulyar) kitablarında 2 qızının adı qeyd edilib: Sonabəyim və Lalabəyim. Bunlarla da axtarışlarımız olub ki, bəlkə bu qızların ev daxilində çağrılan adıdır Qonçabəyim?! Amma axtarışlar bu variantı da təsdiqləməyib. Sonabəyim 1844-cü ildə 18 yaşında ola bilməzdi. Ona görə də xeyli axtarışlarımız olub. Və yəqin olunub ki, tədqiqatçılardan Müzəffər Nəsirlinin və Lətif Hüseynzadənin nəzərində Qonçabəyimin kimin qızı olması, fotoşəklinin qalması məsələsi qarışdırılıb. Ona görə də bir neçə məqalələr yazmışıq, çap etdirmişik. Doğrudur, bəzi alimlər bu sətirlərin müəllifinə qərəzli yazılar yazmış, müəllifi etalonu pozmaqda günahlandırmışlar. Ona görə də təkrar olaraq bu məsələyə qayıtmış və arxiv sənədlərini ortalığa gətirmişik. Çünki mübahisəli məsələni arxiv sənədləri həll edə bilir. Elə həmin yazıda oxuculara söz vermişdim ki, Qonçabəyimlə bağlı axtarışlarımı Tbilisiyə yolum düşəndə Nikoloz Barataşvilinin ev-muzeyində əməlli-başlı, dərindən davam etdirəcəyəm.

10 may 2025-ci ildə Tbilisiyə gəldim və may ayının 18-də, gündüz saat 11:50-də Nikoloz Barataşvilinin ev muzeyindəyəm. Tbilisinin ən qədim guşəsində, Çaxruxadze küçəsində 17 №-li evdə Nikolozun - Totonun ev-muzeyinin gənc direktoru Teona Tabata səmimi insandır. Şairin tərcümeyi-halını, ədəbi fəaliyyətini və şəcərələrini ətraflı bilir. Əvvəlcə məni muzeyin salonları ilə tanış edir, məlumat verir. Deyir ki, muzey 2017-ci ildə bərpa edilib və iki zaldan ibarətdir. "Yaşıl otaq" Nikoloz Barataşvilinin dövrünü əks etdirən məkandır. Çünki o, ömrünün 4 ilini burada yaşayıb. Burada onun xatirə əşyaları və sair nümayiş etdirilir. İkinci zal isə interaktivdir. Muzeyə ziyarətə gələnlər burada multimedia, audiovizual və digər vasitələrlə şairin yaradıcılığı ilə yaxından tanış ola bilirlər.

Burada heiloqrafik ekspozisiya da vardır. Unikal vizual vasitələrlə Nikoloz Barataşvili aktyorların təqdimatında canlandırılır, şairin şeirləri səsləndirilir, onun dövrünə aid Tiflisin mühiti barədə təsirli təəssüratlar yaradılır. Bu zalda Nikolozun Gürcüstanda dillər əzbəri olan "Merani" ("Qanadlı at") şeirinin əsas obrazlarından birini - qanadlı atın vizual effektlərlə sürətlə "qaçdığım"da görmək olur.

İndi gələk mətləb üstünə.

"İndi Naxçıvanda 18 yaşlı xan qızının yeni bir mahnısı var. Onun adı Qonçabəyimdir, çox gözəl və cazibədardır. Orlovun arvadına oxşayır. Əri tərəfindən incidilmiş bu bədbəxt qadın onu tərk edib və ayrılmaq istəyir. Zavallını 12 yaşında zorla ərə veriblər. Sən bu tarixi bilsəydin - bütöv bir romandır. Bu mahnıda o, özünə ağlayır..." Məktubda gürcücə belə bir qeyd var: "9-sa tebervals 1845. Kalaki Naxeçevanit" (9 fevral 1845. Naxçıvan şəhərindən).

Nikoloz yazdığı məktubunda Qonçabəyimin Ehsan xanın qızı olduğunu yazmayıb. Sadəcə azərbaycanlı tədqiqatçılar onun Ehsan xanın qızı olduğunu yazıblar. İndi şair Nikolozun yazdığı məktubu bir daha araşdırdıq. Bir daha təsdiqləndi ki, arxiv sənədində yazılanlar doğrudur: Qonçabəyim Ehsan xanın qızı deyil. Keçən il tapdığımız kameral təsvir də bu fikri təsdiqləyir. Məktubun gürcü variantında Nikoloz "xanikali" yazıb. Bu sözün tərcümədə iki mənası var: 1) Xan arvadı, 2) Xan qızı.

Gürcü dilində bakirə qıza "xanisasulı" deyirlər. Nikoloz Qonçabəyimin ərli qadın olduğunu bilirdi. Ona görə də "xanikalı" yazıb. Təəssüf ki, məktubun azərbaycancaya tərcüməsində bu incəlik nəzərdən qaçıb. Tapılan bütün arxiv sənədləri təsdiqləyir ki, Qonçabəyim bəy qızıdır.

Axtarışlar zamanı məlum oldu ki, Nikolozun öz şair həmkarı Qonçabəyimə ithaf etdiyi şeir adsız deyil. Nikoloz Barataşvilinin şeirləri onun ölümündən yeddi il sonra nəşr edilməyə başlanılıb və hər dəfə onun "QB" adlı məhəbbət şeiri də çap edilib. Şairin ev-muzeyində saxlanılan 1922-ci il nəşrində (gürcü dilində) də var. "Leksebibedi Kartlisa. Çerilebi" ("Gürcüstanın taleyi haqqında şeirlər. Məktublar). Qeyd edək ki, bu şeirlər 1968-ci ildə ruscaya çevrilib. Artıq rus tərcüməçilər şeirin adını yazmayıblar və ruscadan tərcümə edən digər xalqların nümayəndələri də yazmayıb. Şeirin adı gürcü hərfləri ilə Nikoloz tərəfindən yazılıb: QB (yəni Qonçabəyim). Həmin şeirin gürcü dilində olan, yəni orijinal variantını da yazımıza daxil edirik.

Yəqin ki, Azərbaycan dilinə rus dilindən tərcümə edilib ki, şeir adsız (1968-ci il nəşrində) işıq üzü görüb. Şeir birinci misra ilə mündəricatda yazılıb: "Xilqətin ən böyük möcüzəsi"

"Qonçabəyim" şeiri belədir:

Xilqətin ən böyük möcüzəsisən

Gəl məni hüsnünlə məhv etmə barı.

Atam, anam üçün çox əzizəm mən,

Yoxdur məndən savay bir oğulları.

Mən ki, bir insanam adi, sadədil,

Rəfiqəm-yapıncı, qardaşım xəncər.

Bütün bu dünyanı sən bizimki bil,

Ulduzun mənimlə barışsa əgər!

(Tərcümə edəni Eyvaz Borçalı)

Gürcü dilində şeirin yazılma vaxtı belə göstərilib: 10 yanvar 1845-ci il.

Maraqlıdır ki, şeirin Ukrayna dilinə tərcüməsində Qonçabəyimin gözlərinin qara olduğu da var: "Çernıeoka". Ukrayncaya gürcü dilindən tərcümə edilib.

Şeirdən görünür ki, şair Nikoloz Barataşvili, gizlindən gizlində olsa, Qonçabəyimə saf sevgiylə aşiq olub və bunu şeirə çevirib.

Çox təəssüflər olsun ki, bu günün özündə də şair Qonçabəyimin tədqiqatçıları axtarışlarını Tbilisidə Nikoloz Barataşvilinin ev-muzeyində aparmırlar. Köhnə yazılanları etalon kimi qəbul edir və yeni sənədlər aşkar edənləri hədəfə alırlar. Amma tapılan hər bir tarixi sənəd Azərbaycan ədəbiyyat tarixinin orijinal bir səhifəsi olan Naxçıvanın Gürcüstanla ədəbi, tarixi əlaqələrinə işıq salır. Bu əlaqələrin isə hərtərəfli, kompleks tədqiqi çox vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see251

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see211

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see173

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see137

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see135

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see134

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see121

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri