Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Nazim a danışdığı arzusuna qovuşdu

Nazim a danışdığı arzusuna qovuşdu

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bir müddət əvvəl Modern.az saytı doğuşdan görmə məhdudiyyətli olmasına baxmayaraq, musiqiyə böyük həvəs göstərən bacı-qardaş - Səma Cəfərova və Nazim Cəfərov ilə həmsöhbət olmuşdu. Sosial şəbəkələrdə yayılan ifaları ilə diqqət çəkən bacı-qardaşdan biri tarda, digəri isə pianoda məharətini nümayiş etdirirdi. Həmin müsahibədə Nazim Cəfərov gələcək planlarından danışarkən ən böyük arzularından birinin Azərbaycan Milli Konservatoriyasında musiqi təhsilini davam etdirmək olduğunu bildirmişdi.

Aradan bir müddət keçib və Nazimin o zaman bizimlə bölüşdüyü arzusu artıq gerçəkləşib. O, Azərbaycan Milli Konservatoriyasının instrumental ifaçılıq ixtisasına (tar üzrə) qəbul olunub.

Modern.az saytıCəfərovlar ailəsi ilə əlaqə saxlayaraq onların uzun müddət gözlədiyi bu uğurun təəssüratlarını öyrənib.

Nazim Cəfərov saytımıza açıqlamasında qəbul xəbərinin onda böyük sevinc və həyəcan yaratdığını bildirib. Onun sözlərinə görə, bu nəticəyə çatmaq üçün uzun müddət hazırlaşıb və qəbul prosesinin özü də kifayət qədər gərgin keçib:

“Bu şansı qazandığım üçün çox sevindim. İmtahanlara hazırlaşmaq üçün xeyli əziyyət çəkmişdim, əlimdən gələni etmişdim ki, ali məktəbə qəbul oluna bilim. Qəbul prosesi mənim üçün çox həyəcanlı keçdi. Hətta dəhşətli dərəcədə həyəcanlı idim. Çünki bu il qəbul daha çətin idi və şansımın az olduğunu fikirləşirdim. Amma şükür ki, hər şey yaxşı keçdi”.

Nazim artıq qarşısına növbəti hədəfini də qoyub. O, Azərbaycan Milli Konservatoriyasında təhsilini uğurla başa vurduqdan sonra müəllim kimi fəaliyyət göstərmək istəyir. Gənc tarzənin arzusu vaxtilə özünün təhsil aldığı 38 nömrəli musiqi məktəbinə müəllim kimi qayıtmaqdır:

“İlk arzum Konservatoriyanı bitirmək və müəllim kimi fəaliyyətə başlamaqdır. İstəyirəm ki, özümün təhsil aldığım 38 nömrəli musiqi məktəbində müəllim işləyim. Hələlik əsas hədəfim budur. Bu arzularım gerçəkləşdikcə, qarşıma yeni hədəflər qoyacağam”.

Nazimin atası İntiqam Cəfərov isə oğlunun illərdir arzuladığı ali məktəbə qəbul olunmasının ailədə böyük sevinc yaratdığını deyib. O bildirib ki, Nazim qəbul prosesində həm qabiliyyət, həm də nəzəriyyə imtahanından uğurla keçib:

“Sevincimizin həddi-hüdudu yoxdur. Şükürlər olsun ki, Nazim öz arzusuna çatdı. Qəbul üçün iki imtahan verdi -biri qabiliyyət, digəri nəzəriyyə üzrə idi. Qabiliyyət imtahanında 10 baldan 9 bal topladı. Daha sonra solfecio üzrə nəzəriyyə imtahanından da uğurla keçdi. Bizim üçün çox böyük sevincdir”.

İntiqam Cəfərov oğlunun gələcəkdə yalnız yaxşı musiqiçi deyil, həm də savadlı pedaqoq kimi yetişməsini arzuladığını bildirib:

“İnşallah, gələcəkdə dövlətimizə, xalqımıza, el-obamıza layiq bir övlad olar. Arzum budur ki, yaxşı müəllim, yaxşı pedaqoq kimi yetişsin və öz sənəti ilə insanlara fayda versin”.

Nazimin anası Sona Cəfərova da oğlunun bu uğurunun arxasında uzun və həyəcanlı hazırlıq dövrünün dayandığını söyləyib. Onun sözlərinə görə, ailə Nazimlə birlikdə imtahanların nəticələrini böyük səbirsizliklə gözləyib:

“Nazimlə bağlı çox arzularım var idi. Bu günə qədər əlimizdən gələni etmişik. Hazırlıq dövrü bizim üçün çox həyəcanlı keçdi. Elə bilirdim ki, o günlər heç bitməyəcək. Daim hazırlıqlara gedib-gəlirdik, imtahanları gözləyirdik”.

Sona Cəfərova oğlunun qabiliyyət imtahanından uğurla keçdiyini öyrəndiyi anı da xatırladıb. Onun sözlərinə görə, Nazim imtahandan çıxarkən əvvəlcə sevincini büruzə verməyib:

“Nazim çıxanda əvvəlcə sadəcə gülümsədi, heç nə demədi. Mən də həyəcanla gözləyirdim. Yaxınlaşanda dedi ki, "Ana, keçmişəm". Həmin an özümü saxlaya bilmədim, onu qucaqladım. O hissləri sözlə ifadə etmək çox çətindir. Sonra növbəti imtahanı gözlədik. Ondan çıxanda da yenə həyəcanla "Ana, keçmişəm" dedi. Sevincdən sanki ayağımın altından yer qaçırdı. Bu nəticəni çox böyük həyəcanla gözləmişdik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see583

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see309

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see308

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see219

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see219

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see218

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see218

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see210

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see206

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see205

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see205

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see205

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see203

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see201

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see201

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see199

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see198

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see198

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see197

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri