“Nazim Hacıyev olmasaydı, bu gün nə Qarabağ, nə də Naxçıvan bizim idi...”
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Təəssüf ki, yüksək millilik, vətənpərvərlik hissi ilə Mikoyanı susduran və faktiki olaraq Azərbaycanın iki bölgəsinin Ermənistana verilməsinin qarşısını alan şəxsiyyətin adı bu günə qədər tarix kitablarında, yüksək tribunalardan dönə-dönə çəkilmir. Biz hara gedirik? Biz nə edirik?..”
Yerli və beynəlxalq hadisə və proseslərə çoxlarından fərqli yanaşan və Moderator.az-da mütəmadi olaraq müxtəlif mövzularda yazı və açıqlamaları təqdim olunan siyasi analitik Tahir Cəfərli Azərbaycanın tarixi ilə bağlı əksəriyyət üçün ziddiyyətli hesab ediləcək “Sovetlərdən qalma arxivlərə inanmayın” adlı növbəti yazısını təqdim edib. Yazıda Azərbaycanda azad, demokratik düşüncəli əksər vətəndaşların Moskvaya, SSRİ-Rusiya imperiyasına xidmət edərək ötən əsrin 20-50-ci illərində xalqımıza qarşı dəhşətli repressiyaların başında durmuş keçmiş Azərbaycan SSR rəhbəri Mir Cəfər Bağırovun əslində vətənimiz qarşısında müsbət xidmətlər göstərdiyi iddia edilir. Müəllif hələlik bu iddianı təsdiq edən heç bir konkret arxiv sənədi göstərməsə də, həmin məlumatları 1989-1991-ci illərdə əsasən Moskvada Kremlin yaxınlığındakı “Rusiyanın tarixi” muzeyinin və SSRİ Xalq Daxili İşlər Komissarlığının(“NKVD”) arxivlərindən əldə etdiyini bildirir. Fəal oxucular yaxşı bilir ki, Moderator.az-da M.C. Bağırovun xalqımıza qarşı repressiyanın bilavasitə rəhbərlərindən və iştirakçılarından biri olması haqdakı əksər yazılar səhifələrinədək göstərilən arxiv sənədlərinə əsaslanıb.
Bütün hallarda sözügedən materialı oxucuların, xüsusən də tarixçi, siyasətşünas və müxtəlif yerli və dünya arxivlərində məşğul olan araşdırmaçıların müzakirəsinə buraxırıq:
(Əvvəli burada:)
Mir Cəfər Bağırov güllələnəndən sonra Azərbaycan elə bil yiyəsiz qalmışdı. Kremldə ağalıq edən, SSRİ-nın iqtisadiyyat makinasını əlində saxlayan SSRİ Nazirlər sovetinin sədr mavini Anastas Mikoyanın sayəsində ermənilər yenidən əl-qol açmışdılar. Bir-birinin ardınca çıxan SSRİ səviyyəli jurnal və qəzetlərdə Azərbaycan torpaqları olan Naxçıvan və Qarabağı öz tarixi torpaqları adlandırıb, bu torpaqların Azərbaycanın tərkibində qalmasını Stalinin adına bağlayırdılar. Hətta Azərbaycan millətinin adını da Stalin qoyduğunu ortaya atırdılar...
Millət anlayışının nə olduğunu bilərəkdən dəyişdirən və öz məqsədlərinə uyğunlaşdıran ermənilər yaxşı bilirdilər ki, millət öz dövlətçiliyini bir ərazidə yaratmış burada yaşayan xalqların birliyi və bir dil ətrafında assimilyasiya olmasıdır. Bütün dünyada belədir. Ermənilərin Azərbaycan millətinə, dövlətçiliyinə, dilinə hücumları Mir Cəfər Bağırovdan sonra başlamışdı və bunun başında isə yenə də Mikoyan dururdu. Ümumiyyətlə, Qazaxıstana köçürülmüş xalqların başının bəlası bu sovet məmuru idi...
İmperiya heç vaxt razı olmaz ki, əyalətlərdən qüdrətli, xalqın istədiyi şəxsiyyətlər meydana çıxsın. Anlamalıyıq ki, Azərbaycanın liderlərini heç etməklə, Sovet imperiyası xalqın gələcəyə olan inamını və ümidlərini öldürürdü, onu lidersiz qoyur və özünün xain kadrlarını onların yerinə yerləşdirirdi. Bununla belə, imperiya daşıyıcıları anlamırdı ki, Azərbaycanın bir liderini aradan götürməklə, bu ölkə ondan da qüdrətli və ağıllı liderlər yetirir...
Bağırovun güllələnməsi Mikoyan üçün SSRİ Nazirlər Sovetinin əl-qolunu açdı. Ermənilər “Böyük Ermənistan ” xülyasına yenidən düşdülər... Onlar Naxçıvanın və Qarabağın Ermənistana verilməsi ilə bağlı Siyasi Büro qarşısında vəsatət qaldırmışdılar, hətta bu torpaqların veriləcəyi haqda Qərarı da hazırlamışdılar. Yalnız bu Qərara Azərbaycan tərəfinin qol atması qalmışdı...
Bütün Azərbaycan qaynayırdı. O dövrdəki ziyalıların, yüksək milli-mənəvi dəyərli insanların psixoloji vəziyyəti SSRİ rəhbərliyini də şok vəziyyətinə salmışdı. Siyasi Büroya gələn minlərlə narazılıq məktubları Sov.İKP-nin arxivlərində doludur.
Azərbaycanda olmuş, xalqın qəhrəmanlığını görmüş SSRİ baş katibi Nikita Xruşov qorxuya düşmüşdü. Odur ki, Azərbaycanın birinci katibi Vəli Axundova xəbər göndərmişdi ki, Siyasi Büroda Naxçıvanın və Qarabağın Ermənistana verilməsi məsələsinə baxılacağı üçün öz nümayəndəsini Moskvaya göndərsin. Xruşov bunu istədiyindən etməmişdi. Onun oturduğu taxtı-tac laxlayırdı. SSRİ vətəndaşları qiymətlərin qalxmasın, buğda çatışmazlığı ölkədəki çörək növbələri və s. görə onun idarəçiliyindən narazı idilər. Ölkəni ciddi qarşıdurmalar gözləyirdi...
Azərbaycanın birinci katibi, akademik Vəli Axundov Moskvaya Mərkəzi Komitənin ideologiya üzrə katibi Nazım Hacıyevi yolladı. Dövlətimizi qorumuş, Azərbaycanın Naxçıvanını və Qarabağını 60-ci illərdə canı bahasına Ermənistana verilməsinin qarşısını almış bu şəxsiyyətin adını çoxları belə, bilmirlər. Özünüzdən soruşun: Nazim Hacıyev kimdir?
Çoxları bilməyəcək, yaxud unudub. Cavan nəslin isə ümumiyyətlə, bu Sovet imperiyası dövrünün bu milli kadrından xəbəri yoxdur...
İmperiyaların Azərbaycan xalqına qarşı apardığı şəxsiyyətlərini unutdurmaq siyasətinin nəticəsidir ki, azərbaycanlılar hətta yaxın keçmişlərindən belə, xəbərdar deyillər.
Torpaqlarımızı Ermənistana vermək istəyən Mikoyanın bəd əməllərinin qarşısını alan, Xruşova Naxçıvanın və Qarabağın Azərbaycan torpağı olduğunu isbat edən, SSRİ Siyasi Bürosunun qərarının üstündən xətt çəkən bu insanın adı belə, tarix kitablarımızda yoxdur...
Yazdığım “Bir əsr - bir nəsil” epopeyasının 5-ci kitabı Nazım Hacıyevin başına gələn faciənin xalqa necə təsir etməsindən başlayır. Onunla bağlı arxiv materiallarına araşdırdıqca və erməni ekstremizminin faydalandığı rus şovinizmini öyrəndikcə, anlayırsan ki, Azərbaycan yüz illər boyu Rusiyanın təsiri və təzyiqi altında olub...
Nazim Hacıyev olmasaydı, bu gün nə Qarabağ, nə də Naxçıvan bizim idi...
Nazim Haciyev bu bəlanın qarşısını aldı. Xruşovun diliylə Naxçıvanın və Qarabağın yalnız Azərbaycan torpağı olduğunu isbat etdi. Təəssüf ki, yüksək millilik, vətənpərvərlik hissi ilə Mikoyanı susduran və faktiki olaraq Azərbaycanın iki bölgəsinin Ermənistana verilməsinin qarşısını alan şəxsiyyətin adı bu günə qədər tarix kitablarında, yüksək tribunalardan dönə-dönə çəkilmir. Biz hara gedirik? Biz nə edirik?.. SSRİ Siyasi Bürosunun qərarının üstündən xətt çəkən şəxsiyyətin adını belə, çəkmirik. Düzdü, onun adıyla bağlı bir neçə kitab və sənədli film var. Ancaq bu, azdır. Adicə bir aktrisanın sponsorunun kim olmasından günlərlə telekanallarda, saytlarda danışırlar, ancaq xalqın həqiqi övladlarının adlarını belə, çəkmirlər. Bu həqiqətən mənəviyyatsızlıqdır...
Vikipediyada onun haqqında yalnız qısaca məlumat var:
“Nazim Hacıyev Orta Asiyaya deportasiya olunmuş Məshəti türklərinin Azərbaycan SSR-ə köçürülməsinin əsas təşəbbüsçülərindən və təşkilatçılarından biri olmuşdur.”
Bu həqiqətən belə idi. Məshəti türklərinin Azərbaycana köçürülməsi, bu xalqın tarix səhnəsindən silinməsinin qarşısını aldı, bu xalqın öz dilini və mədəniyyətini qoruyub saxlamasına şərait yaratdı. Faktiki olaraq bu şəxsiyyət Məshəti türklərinin də xilaskarı olmuşdur...
Naxçıvanın və Qarabağın xilasından sonra Nazim Hacıyevi ermənilər özlərinin düşməni adlandırdılar. Xaricdəki erməni diasporları və ekstremist təşkilatları onun aradan götürülməsinə xitam vermişdilər.
Kimin ağlına gələrdi ki, Kreml xəstəxanasında ermənilərin əlinə keçən bu şəxsiyyətə qarşı aparılan müəmmalı əməliyyatın nəticəsində faktiki olaraq bir ildən sonra Azərbaycan torpaqlarının xilaskarı dünyasını dəyişdi, daha doğrusunu desək, öldürüldü... Çünki Kremlin oyunbazları Siyasi Büronun iclasındakı məğlubiyyətdən sonra onu “millətçi” adlandırmışdılar. Nazim Haciyevin necə əməliyyat olunması hhörmətli professor Topçubaşovun yazılarında öz əksini tapmışdır. Bununla bağlı bir faktı da deyə bilərik: Azərbaycanın bu görkəmli şəxsiyyəti də Vətən uğrunda şəhid olmuşdur.
Xalqın həqiqi övladları xalq üçün, millət üçün nümunə olmalıdır. Biz keçmişə arxalanmasaq, gələcəyimizi qura bilmərik...”
(Ardı var)
Baxış sayı:18
Bu xəbər 29 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















