Icma.az
close
up
RU
Nazim İmanov­ vətənpərvər ziyalı, məhsuldar alim

Nazim İmanov­ vətənpərvər ziyalı, məhsuldar alim

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqtisad elmləri doktoru, professor Nazim İmanovu mətbuat və televiziyadan uzun illərdir tanısam da, ötən əsrin 80-ci illərindən başlayan azadlıq hərəkatının öncüllərindən olduğunu bilsəm də, şəxsi tanışlıq və münasibətlərimizin başlanğıcı 2014-cü ilə təsadüf edir. Nazim müəllimin fəaliyyəti geniş, həyat yolu zəngindir. Siyasi, elmi, pedaqoji və s. İstiqamətlərdə Nazim müəllimin fəaliyyəti haqqında geniş yazmaq olar. 1990-cı ildən elmlər doktoru elmi dərəcəsini, 1992-ci ildən professor elmi adını daşıyan Nazim müəllim 100-lərlə məqalə, kitab və digər tədqiqat əsərlərinin müəllifidir, beynəlxalq ekspert kimi 10-larla layihənin uğurla reallaşdırılmasında iştirak edib, rəy bildirib və s. 

Hesab edirəm ki, bir çox elmi əsərlər, o cümlədən Nazim müəllimin müəllifi olduğu elmi əsərlər, yanaşmalar müzakirə obyekti ola bilər, mübahisələndirilə bilər, yanaşmalar fərqli ola bilər və s. Lakin MÜBAHİSƏLƏNDİRİLMƏYƏN BİR HƏQİQƏT VAR ki, PROFESSOR NAZİM İMANOV ERMƏNİSTANIN İŞĞALÇILIQ SİYASƏTİ NƏTİCƏSİNDƏ AZƏRBAYCAN DÖVLƏTİNƏ VƏ XALQINA DƏYMİŞ İQTİSADİ ZƏRƏRİN HESABLANMASINA, İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN BƏRPASINA DAİR İLK VƏ FUNDAMENTAL ƏSƏRİN MÜƏLLİFİDİR. Hələ, torpaqlarımızın işğaldan azad edilməsindən 10 il öncə -  2010-cu ildə professor Nazim İmanovun (həmmüəllif Eldar İsmayılov) müəllifliyi ilə nəşr edilmiş “Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” adlı kitab professor İmanovun uzaqgörən siyasi-iqtisadi baxışlarının nəticəsi, post-konflikt ərazilərin bərpasına dair tədbirlərin nəzəri əsasıdır. Hələ 2010-cu ildə Nazim müəllim qeyd edirdi ki: “Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bir sıra irimiqyaslı dövlət proqramlarının həyata keçirilməsi zərurəti ilə üz-üzə qalacaqdır”. Yalnız uzaqgörən və vətənpərvər, eləcə də həyata keçirilən dövlət siyasətinə inamlı tədqiqatçılar 10 il öncədən reallığı belə dəqiqliklə dəyərləndirə bilər. 

Nazim müəllim İqtisadiyyat İnstitutuna rəhbərliyin elə ilk illərində, İnstitutun nəzdində, “Post-konflikt ərazilərin bərpası Elmi Mərkəzi” yaradılması ilə bağlı məsələ qaldırdı və belə bir struktur yaradıldı. Mərhum iqtisadçı alim, AMEA-nın müxbir üzvü Akif Musayevin rəhbərliyi ilə Mərkəzdə geniş miqyaslı araşdırmalar, təhlillər aparılır, müxtəlif regionların potensial imkanları qiymətləndirilir, bu imkanların reallaşdırılması istiqamətində təklif və tövsiyələr işlənib hazırlanırdı. Hal-hazırda da Mərkəz öz fəaliyyətini davam etdirir.

Professor İmanovun rəhbərliyi ilə, yalnız işğaldan azad edilmiş regionların deyil, o cümlədən ölkəmizin digər regionlarının da inkişafı, potensial imkanlarının səmərəli şəkildə reallaşdırılması istiqamətində araşdırmalar aparılır, müvafiq hesabatlar hazırlana-raq uyğun qaydada təqdim olunur. İnstitutun regionlarla bağlı hazırladığı kitablar, hesabatlar həm regionu yaxından tanıdır, həm də onun gələcək perspektivlərinin elmi-nəzəri əsasını təşkil edir.        

 Torpaqlarımız işğaldan azad edildikdən sonra da professor Nazim İmanovun  rəhbərliyi ilə İqtisadiyyat İnstitutu regionun iqtisadi dirçəlişi, bərpası və yenidən qurulması üçün həyata keçirilən layihə və proqramlara nəzəri-metodoloji dəstək verməklə var qüvvəsi ilə fəaliyyətə başladı. İnstitutda aparılan bir sıra fundamental tədqiqatlar, münaqişənin ölkəyə vurduğu iqtisadi zərərin hesablanması ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın təşkili, qayıdış potensialının qiymətləndirilməsi, bölgənin iqtisadi potensialı və müqayisəli üstünlükləri kimi aktual məsələləri də əhatə edib. Xüsusilə, ADA Universiteti ilə birgə aparılan tədqiqatlar bu istiqamətdə ən yaxşı nümunədir. Professor İmanovun mənəvi zənginliyi həm də ondadır ki, Nazim müəllim ortaq layihələrdə təkcə rəhbər kimi deyil, həm də tədqiqatçı-alim kimi də aktiv iştirak edir ki, bu da tədqiqat qrupuna xüsusi bir stimul verir. 

2023-cü ildə Nazirlər Kabinetinin qərarı ilə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəyən iqtisadi zərərin qiymətləndirilməsi üzrə, müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin daxil edildiyi, komissiya yaradılıb. Komissiyanın fəaliyyətində, zərərin qiymətləndirilməsinə dair hesabatın hazırlanmasında professor Nazim İmanov da yaxından iştirak edib. Məhz, professor İmanovun yaxından iştirakı ilə, müxtəlif metodologiyaların tətbiqi əsasında, müəyyən edilib ki, erməni vandalizminin Azərbaycan dövlətinə vurduğu iqtisadi zərər minimum 250 milyard manatdır. 

Nazim müəllimin 2010-cu ildə yazdığı kitab, bu gün müvafiq istiqamətdə aparılan araşdırmaların, həyata keçirilən proqram və layihələrin elmi-nəzəri əsasını təşkil edir. Bunun isə, ən yaxşı təsvirini akademik Rəfael Hüseynov verib: ÜZDƏN GÖRÜNMƏYƏN GÖRÜLMƏLİNİ GÖRƏ BİLMƏK İSTEDADI (https://525.az/news/297661-uzden-gorunmeyen-gorulmelini-gore-bilmek-istedadi--rafael-huseynov-yazir)

Hörmətli akademikimizin sözləri ilə desək, ÜZDƏN GÖRÜNMƏYƏN GÖRÜLMƏLİNİ GÖRƏ BİLƏN çox hörmətli Nazim İmanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi və kollektivi adından Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, işğaldan azad edilmiş ərazilərimizin, eləcə də ümumilikdə Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisi istiqamətində elmi tədqiqat işlərində yaradıcılıq uğurları arzu edirik. 

İİTKM kollektivi adından 

Aqil ƏSƏDOV, 

şöbə müdiri, iqtisad elmləri doktoru 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri