Nazir: Azərbaycan suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən 907 ci düzəlişin dayandırılmaması ilə “cəzalandırıldı”
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan 2023-cü ildə öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən 907-ci düzəlişlə “cəzalandırıldı”.
"Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
“2023-cü ilin sentyabr ayında Azərbaycan öz suveren ərazilərində 23 saatlıq antiterror əməliyyatı keçirərək suverenliyini bərpa etdi. Bundan qısa müddət sonra biz ABŞ-dən beynəlxalq hüquqla uzlaşmayan hücumun şahidi olduq. 1992-ci ildə qəbul edilmiş azadlığa dəstək aktına 907-ci düzəliş adlı bir sanksiya sənədi mövcud idi və onun Azərbaycana aid hissəsi uzun illər idi ki, dayandırılırdı. Ancaq sonuncu dəfə bu dayandırılma baş vermədi və 20 il sonra sırf Azərbaycan suverenliyini bərpa etdiyi üçün bir növ “cəzalandırıldı”,- XİN başçısı əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 16 Yanvar 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















