Nazir: Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, vətəndaş heç vaxt işləməyib, ya da qeyri-formal işləyibsə, ona pensiya verilməyəcəkdi:
"Nəticədə 300 min pensiyaçı sosial sığorta ödənişləri olmadığından 110 manatdan çox pensiya almayacaqdı. Ancaq sosial sığorta amnistiyası tətbiq olundu. Bu da ən pöyük amnistiyalardan biridir və 2025-ci ilədək uzadılmışdı. 2026-cı ildən isə cəmi bir il sosial sığorta stajı olan şəxsə pensiya veriləcək, bir sözlə, 24 il ona hədiyyə ediləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 21 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















