Nazir: Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar müasir dövrün tələblərinə cavab vermir
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın ali təhsil sistemində tətbiq edilən bəzi yanaşmalar köhnəlib və müasir dövrün tələblərinə cavab vermir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
Nazir bildirib ki, təhsil sistemindəki köhnəlmiş prosedurlar və mexanizmlər islahatlara mane olur: “Daha effektiv, çevik və nəticəyönümlü yanaşmalar tətbiq olunmalıdır. İnnovativ yanaşmalar üçün iradə və qanunvericilik tənzimləmələri önəmlidir".
Nazir bildirib ki, beynəlxalq inteqrasiya proseslərinin sürətləndirilməsi, ali təhsil müəssisələrinin idarəetməsində çeviklik və innovasiyanın tətbiqi, xarici alim və tələbələrin Azərbaycan elmi və təhsil mühitinə daha çox cəlb olunması kimi məqamlar təhsil sisteminin inkişafını sürətləndirmək üçün mühüm addımlardır. Emin Əmrullayev islahatların həyata keçirilməsinin həm daxili potensialın artırılmasına, həm də beynəlxalq səviyyədə daha güclü təhsil mühitinin yaradılmasına şərait yaradacağını söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















