Icma.az
close
up
RU
Azərbaycanın təhsil sistemində köklü dəyişiklik: Türkiyə modeli tətbiq olunacaq?

Azərbaycanın təhsil sistemində köklü dəyişiklik: Türkiyə modeli tətbiq olunacaq?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə orta təhsildə çevik və ixtisas yönümlü yeni modelə keçir, bu yanaşma Azərbaycan üçün də mümkün təcrübə kimi dəyərləndirilə bilər. 

Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi 4+4+4 sistemini əvəz edəcək yeni model hazırlayıb. Bu yanaşmaya əsasən, orta məktəbin son dörd ili çevik strukturda təqdim olunacaq. İki variant nəzərdən keçirilir: 2+2 modeli – ilk iki il məcburi, son iki il istəyə bağlı və 3+1 modeli – ilk üç il məcburi, sonuncu il seçmə əsaslı. Beləliklə, 11 və 12-ci siniflər məcburi təhsildən çıxarılacaq, şagirdlər isə bu mərhələdə peşə təhsili, incəsənət, idman və digər ixtisaslaşmış sahələrdə təhsil ala biləcəklər.

Nazirliyə görə, bu dəyişiklik gənclərin praktiki bacarıqlarını artırmaq, əmək bazarına uyğunlaşmasını təmin etmək və erkən ixtisaslaşma imkanı yaratmaq məqsədi daşıyır.

Maraqlıdır, Azərbaycanda oxşar praktika istifadə oluna bilərmi?

Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi News24.az-a açıqlamasında bildirib ki, ümumi orta təhsil mərhələsi, yəni 9 illik təhsil əsas baza hesab olunur və bu mərhələdən sonra təhsilin davam etdirilməsi vətəndaşın seçimindən asılıdır:

“Vətəndaş ümumi orta təhsili bitirdikdən sonra artıq onun ixtiyarındadır ki, tam orta təhsil almaq istəyəcək, yoxsa yox. Türkiyə və dünyanın əksər ölkələrində belə bir qayda mövcuddur ki, yuxarı təhsil pilləsi ali təhsilin başlanğıcı kimi qəbul edilir. Yəni həmin mərhələdə artıq müəyyənləşir ki, kimlər hansı istiqamət üzrə ali təhsil alacaqlar”.

Ekspert qeyd edib ki, Azərbaycanda da son illərdə təmayülləşmə layihəsi pilot formada həyata keçirilir və bu sistem şagirdlərin 10-11-ci sinifdə müəyyən ixtisas istiqamətinə yönəlməsinə imkan yaradır:

“Təmayülləşmə sayəsində şagirdlər artıq 10-11-ci siniflərdə öz bilik və bacarıqlarını formalaşdırır, seçdiyi ixtisas üzrə hazırlaşır. Türkiyə və Avropa ölkələrində isə tam orta təhsil mərhələsi ali təhsilin başlanğıcı sayılır. Əgər bu istiqamətdə qərar qəbul olunsa, bu həm ali təhsil müəssisələrinə qəbul prosesinə, həm də ümumilikdə təhsil sistemində aktivliyin artmasına müsbət təsir göstərə bilər”.

Aqil Qarayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri