Icma.az
close
up
RU
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK

“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

“PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə start verib. İPO “Paylaşdıqca böyüyürük – birlikdə” şüarı altında həyata keçirilir. İPO prosesində Bankın əsas məsləhətçisi Gürcüstanın "TBC Capital şirkətidir.

Marja.az-ın məlumatına görə, “PAŞA Bank” Azərbaycanda ən böyük korporativ bank olmaqla yanaşı, aktivlərinin həcminə görə ölkənin 3-cü ən böyük bankı, özəl banklar arasında isə 2-ci yerdə qərarlaşıb. Eyni zamanda “PAŞA Bank” güclü balansı, müştəri bazası və rentabellik göstəricilərinə malikdir. Bank indi fəaliyyətində strateji və tarixi mərhələyə qədəm qoyur — ilk dəfə səhmlərinin ilkin kütləvi təklifini (İPO) həyata keçirməyə hazırlaşır.

Bu addım “PAŞA Bank”ı Azərbaycanda səhmlərini kütləvi şəkildə təklif edən ilk özəl qurum edir. Qeyd edək ki, ölkədə indiyədək yalnız bir İPO reallaşdırılıb və bu, dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı tərəfindən həyata keçirilib. Beləliklə, "PAŞA Bank"ın İPO-su Azərbaycan kapital bazarı üçün ikinci kütləvi təklif olmaqla yanaşı, özəl sektorun qiymətli kağızlar bazarına çıxışı baxımından növbəti dönüş nöqtəsi hesab olunur.

Bu gün “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev və İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Murad Süleymanov İPO barədə ilkin məlumatları açıqlayıb, jurnalistlərin suallarını cavablandırıblar. 

Verilən məlumatlardan məlum oldu ki, “PAŞA Bank”ın nizamnamə kapitalı təxminən 5% və ya 17 milyon 725 min 590 manat artırılaraq 354 milyon 511 min 800 manatdan 372 milyon 237 min 390 manata çatdırılıb. Bunun üçün yeni səhmlər buraxılıb.

İlk öncə “PAŞA Bank”ın nizamnamə kapitalının səhm strukturundə dəyişiklik edilib və bu dəyişiklik Mərkəzi Bank tərəfindən təsdiqlənib. Belə ki, indiyədək "PAŞA Bank" ASC-nin nizamnamə kapitalı 354 milyon 511 min 800 manat təşkil edirdi. Bu mələğ hər birinin nominal dəyəri 33 min 300 manat olan 10 min 646 ədəd adi səhmdən ibarət idi. İlk öncə Səhmlərin İlkin Kütləvi Təklifi (IPO) layihəsi üçün 354 milyon 511 min 800 manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 20 manat olan 17 milyon 725 min 590 ədəd səhmdən ibarət edilib. Qısası hər səhmin qiymətinin 20 manata düşməsi üçün paylar “xırdalanıb”. Ardınca mövcud nizamnamə kapitalının (354 milyon 511 min 800 manat) 5%-i məbləğində yeni səhmlər emissiya edilərək 17 milyon 725 min 590 manat artırılaraq 372 milyon 237 min 390 manata çatdırılaıb. Bu məbləğin təxminən 5%-nin və ya nominal qiymətlə 18 milyon 658 min 520 manatlıq hissəsisnin (hər biri 20 manatdan 932 min 926 ədəd adi, adlı səhmlərlər) İPO üzrə bazara təqdim olunacaq. Təbii ki, səhmlər İPO zamanı nominal qiymətlə deyil, müəyyən olunacaq təklif qiymətilə bazara təqdim olunacaq. İPO-dan sonra səhmlərin qiymətini bazar müəyyən edəcək.

Həzırda "PAŞA Bank" investisiya şirkəti və digər tərəfdaşlar ilə səhmlərin təklif qiymətinin müəyyən olunması üzrə müzakirələr aparır. Bankın rəhbərliyi təklif qiymətinin müəyyən edilməsinin çox çətin proses olduğunu qeyd edir – çünki bu qiymət Bankın bazar payını, nüfuzunu, müştəri bazasını, perspektivini, brend dəyərini, digər imkan və dəyərlərini doğru əks etdirməlidir. Qarşıdakı həftələrdə səhmlərin təklif qiyməti və digər şərtlər (parametrlər) barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

“Hazırda əsas çərçivəni paylaşırıq, proses artıq rəqəmlərlə işlənən mərhələyə keçib. Əlavə maliyyə parametrləri ilə bağlı məlumatları növbəti həftələrdə ictimaiyyətə təqdim edəcəyik. Yəni bazara yeni və alternativ investisiya aləti çıxarırıq", - mətbuat konfransında bildirilib.

Ümumiyyətlə, səhmlərə abunə yazılışının aprel ayında, uzağı may ayının əvvəlində başlanılması və elə may ayında da yekunlaşdırılması nəzərdə tutulur. 

Bildirilib ki, yeni səhmdarlar 2025-ci idlə əldə edilən mənfəətdən dividend şəkilində faydalana biləcəklər.

Mətbuat konfransında qeyd edilib ki, "PAŞA Bank" davamlı dividend ödəyən bankdır. Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub. Bu göstərici bir neçə il ardıcıl şəkildə qorunub saxlanılıb. Qalan mənfəət isə Bankın məcmu kapitalının tələb olunan səviyyədə saxlanılması və vəsaitə olan ehtiyacının ödənilməsinə yönəldilir.

“PAŞA Bank” istəyir ki, yeni səhmlər yalnız korporativ və varlı şəxslər üçün deyil, fiziki şəxslər, yəni əhali üçün də əlçatan olsun. Bank əhalinin “PAŞA Bank”da pay almasına xüsusi önəm verəcəkdir Azərbaycanın sabit siyasi və iqtisadi mühiti fonunda, korporativ bazarda lider mövqedə olan “PAŞA Bank”, depozitlər və istiqrazlar alətlərindən başqa əhali üçün uzunmüddətli cəlbedici investisiya imkan yaratmağı hədəfləyir.

Səhmlərin alınması "PAŞA Bank", "BirBank", "Birİnvest" mobil tətbiqləri, eləcə də "PAŞA Kapital"ın və digər investisiya şirkətlərinin mobil tətbiqləri vasitəsilə mümkün olacaqdır. Eyni zamanda, "PAŞA Bank" və "Kapital Bank"ın filial şəbəkəsi vasitəsilə də səhmlərin əldə edilməsi təmin ediləcək.

Qısası, “PAŞA Bank” deyir ki, “mənim ortağım olmaq istəyənlər hazırlaşsın”. Hər bir vətəndaş pul verib Bankın payını (səhmini) ala və onun sahiblərindən biri ola biləcək. Beləliklə, ölkə vətəndaşı Bankın səhmdarlarından biri olmaqla gələcəkdə dividend (mənfəətdən pay) ala və səhm bahalaşarsa qazanc əldə edə biləcəkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://marja.az
archiveBu xəbər 28 Yanvar 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri