Nazir deputatın qaldırdığı məsələyə cavab verdi
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
“Onkoloji tibb xidmətləri ilə bağlı vəsaitlərin ayrılması məsələsi hamımızı narahat edir”.
Avtosfer.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun onkoloji xəstəliklərin İcbari Tibbi Sığortaya daxil edilməsi ilə bağlı təklifinə cavab olaraq bildirib.
“İl ərzində bu məsələ ilə bağlı 60 milyon manat vəsait ayrılıb. Bundan başqa, ehtiyat fondlarından əlavə vəsaitlər ayrılır. Bizim artıq fikir mübadiləmiz olub. Aidiyyəti dövlət orqanları, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, Milli Onkologiya Mərkəzi və Maliyyə Nazirliyi olaraq bu sahəyə əlavə hansı şəkildə vəsaitlər ayrıla bilər məsələsinə baxmalıyıq. Yəqin ki, yaxın zamanlarda təkliflər hazırlanıb hökumətə təqdim ediləcək”, - maliyyə naziri bildirib.
Qeyd edək ki, Ə.Əmiraslanov onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını qəbuledilməz adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















