Nazir: “Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir”
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın son onilliklərdə uğur gətirən modeli ondan ibarətdir ki, biz əlavə gəlirləri daha çox ehtiyatlara yönəldirik. Bu ehtiyatlar – Neft Fondunun və Mərkəzi Bankın rezervləri və şoklardan qorunma mexanizmləri – öz növbəsində makroiqtisadi və makrofiskal sabitliyin təmin olunmasına xidmət edir.
Moderator.az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində bildirib.
Bunun çox yaxşı nümunəsinin işğaldan azad edilmiş ərazilərlə bağlı olduğunu bildirən nazir deyib: “Bu ərazilər dövlət büdcəsi üçün tamamilə yeni, həcmcə böyük sərmayə və xərc istiqamətidir. Amma biz iqtisadi baxımdan ona xərc deyil, investisiya kimi baxırıq. Çünki bu investisiya uzunmüddətli dövrdə, vətəndaşlarımızın qayıdışı, iqtisadi fəallığın bərpası və ərazilərin yenidən qurulması zamanı öz töhfəsini verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 10 İyun 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















