Nazir: Əsas hədəf dövlət büdcəsinin cari xərclərinin tamamilə qeyri neft mənbələri hesabına maliyyələşdirilməsidir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 may, AZƏRTAC
Ötən il üzrə dövlət büdcəsinin cari xərcləri ümumilikdə 21,3 milyard manat təşkil edib ki, bunun da 90 faizi, yəni 19,2 milyard manatı qeyri-neft və qaz sektorundan əldə edilən gəlirlər hesabına qarşılanıb. Bu göstərici büdcə siyasətində şaxələndirmənin və fiskal dayanıqlığın gücləndirilməsində mühüm mərhələdir.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası zamanı Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, maliyyə sabitliyini təmin etmək üçün əsas hədəf dövlət büdcəsinin cari xərclərinin tamamilə qeyri-neft mənbələri hesabına maliyyələşdirilməsidir.
“2024-cü ildə bu göstərici artıq 90 faizə çatıb. 2026-cı il və onu izləyən üç ilin büdcə layihələrini hazırlayarkən bu istiqamətdə irəliləyişin davam etdirilməsi qarşıya məqsəd kimi qoyulacaq. Yaxın illərdə cari xərclərin 100 faizinin qeyri-neft sektorundan əldə edilən gəlirlər hesabına qarşılanması əsas fiskal prioritetlərdən biri olacaq. Bu yanaşma Azərbaycanın büdcə siyasətində davamlılığın və sabit maliyyə strukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə maliyyə naziri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 May 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















