Nazir ətin bahalaşmasından danışdı
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı və yerli istehsalın artırılması istiqamətində yeni Dövlət Proqramının icrasına başlanılır.
“Bakupost” Modern.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Nazir qeyd edib ki, son aylarda Kənd Təsərrüfatı Nazirliyinə daxil olan müraciətlərin təhlili aqrar sektora investor marağının kəskin artdığını göstərir:
"Daxil olan müraciətlərin çoxluğunda həm istixana və meyvəçilik, həm də heyvandarlıq sahələrinə investisiya yatırmaq istəyən daxili və xarici investorların mühüm təşəbbüsləri yer alır. Bu investisiya axınının sahənin ümumi inkişafına müsbət təsir göstərəcəyini gözləyirik".
Bazardakı qiymət dəyişmələrinə və ətin bahalaşması məsələsinə də münasibət bildirən Məcnun Məmmədov vurğulayıb ki, yeni qəbul edilmiş Dövlət Proqramı məhz bu cür problemlərin köklü həllinə hədəflənib:
"Dövlət Proqramı yeni qəbul olunub və onun icra mexanizmlərinə start verilir. Proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə ölkədə yerli məhsul istehsalının həcmini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyirik. Yerli istehsal həcmi artdıqca bazarda qiymətlərin də tədricən sabitləşməsi təmin olunacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















