Nazir Fərid Əhmədov Lerikdə vətəndaşları bu tarixdə qəbul edəcək
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Ədliyyə naziri Fərid Əhmədov 7 avqust 2026-cı il tarixində Lerik rayonunda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.
Moderator.az xəbər verir ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 6 avqust tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Lənkəran regional ədliyyə idarəsinə (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi 1, əlaqə telefonu: +994 12 510 10 01 (daxili nömrə: 17531, 17520) müraciət edərək qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 27 İyul 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















