Nazir Fidan amerikalı həmkarı ilə Qəzzada atəşkəs məsələsini müzakirə edib
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, görüşdə Qəzzada münaqişələrə son qoyulması və daimi atəşkəs məsələləri müzakirə olunub.
ABŞ Dövlət Departamenti görüşlə bağlı verdiyi açıqlamada, iki nazirin Livandakı münaqişəyə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini tam şəkildə yerinə yetirən və sərhədin hər iki tərəfindəki vətəndaşların geri qayıtmasına imkan verən diplomatik həll yolunun tapılmasının vacibliyini müzakirə etdiyi deyilir.
Bəyanatda Qəzzada davam edən humanitar yardım səyləri və müharibənin dayandırılması, bütün girovların azad edilməsi məsələsi də müzakirə edilib.
Tərəflər Cənubi Qafqazda şərəfli və davamlı sülhün vacibliyini də müzakirə ediblər.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Noyabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















