Icma.az
close
up
RU
Nazir inflyasiyanı görməzdən gəlir: 400 manatlıq minimum maaş reallığı əks etdirmir

Nazir inflyasiyanı görməzdən gəlir: 400 manatlıq minimum maaş reallığı əks etdirmir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"130-dan 400-ə artım yetərli deyil, əsl problem gizlədilir”

“Nazir inflyasiyanın nə olduğunu bilirmi?” Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin APA və ARB24 televiziya kanalına müsahibəsi zamanı səsləndirdiyi bəzi ifadələr bu sualın yaranmasına səbəb olub. Nazirin minimum əmək haqqının artımının orta aylıq gəlirlərin artımına da müsbət təsir etdiyini bildirməsi isə sosial şəbəkələrdə tənqid edilir.

Xatırladaq ki, nazir müsahibəsində belə qeyd edib: “indiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul olunub. Qeyd etdiyim kimi, ötən dövr ərzində minimum əməkhaqqı 3,1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib. Minimum əməkhaqqı standartı həm dövlət, həm də özəl sektor üçün aktualdır. Sonuncu sosial islahatlar paketi çərçivəsində 700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub. Dövlət sektorunda vahid tarif cədvəli üzrə pillələr var. Ən aşağı pillədə məbləğ artdıqca bütün pillələrə təsir edir. Özəl sektorda da mexanizm, hardasa, eyni qaydadadır. Ümumiyyətlə, minimum əməkhaqqının artımı ölkədə orta aylıq gəlirlərin artımına müsbət təsir edir”.

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında nazirin bu çıxışının niyə tənqid edilməsinə aydınlıq gətirdi: 

- Çünkü nazir müsahibəsində öz fəaliyyətlərini tərif etsə də, inflyasiya məsələlərinə diqqət etməyib. Minimum əmək haqqı niyə 130 manatdan 400 manata qaldırılıb? İqtisadi prosesdə belə bir yanaşma düzgün sayılmır. Fərdi qaydada hansısa sahibkar öz işi ilə fəxr edə bilər. Amma dövlət qurumu rəhbərinin belə açıqlaması sadəcə bir xarakterə söykənə bilər; proseslər nəzarət altındadır və biz qurum olaraq insanların minimum əməkhaqqından aşağı əmək haqqı almasının qarşısını müxtəlif üsullarla alırıq. Amma minimum əmək haqqının 130 manatdan 400 manata qalxması, inflyasiya ilə bağlıdır. 400 manata insan hansı ehtiyaclarını minimum şəkildə ödəyə bilər? Hazırkı davam edən inflyasiya prosesini nəzərə alsaq minimum əməkhaqqı aşağıdır. Hər il minimum əməkhaqqı real inflyasiya prosesi nəzərə alaraq qalxmalıdır. Düzdür, bununla bağlı işlər aparılır, amma hazırda real vəziyyət onu göstərir ki, verilən minimum məbləğ azdır. Adi kommunal qiymətləri nəzərə alsaq 400 manatın çox hissəsi kommunal ödənişlərə və qalan hissəsi də gündəlik ehtiyacların ödənilməsinə gedir. Halbuki, inflyasiya prosesindən başqa bu məsələlər də nəzərə alınmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Aprel 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri