Icma.az
close
up
RU
Nazir işdən çıxarılır DTX nın araşdırması onu həbsə apara bilər

Nazir işdən çıxarılır DTX nın araşdırması onu həbsə apara bilər

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nazir işdən çıxarılır - DTX-nın araşdırması onu həbsə apara bilərNaxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində baş verən qanunsuzluqlar - korrupsiya və rüşvətlə bağlı son vaxtlar yayılan məlumatlar deyəsən, yavaş-yavaş təsdiqini tapmaqdadır. Hər halda artıq bununla bağlı az da olsa, mediaya rəsmi məlumatlar sızır.

Elə götürək, "Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı"nı.

Sənəddə bildirilir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.

Qeyd olunur ki, DTX-dan daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Aydındır ki, məsələyə DTX qarışıbsa, demək ortada ciddi qanun pozuntuları olub və hazırda bu məsələ hərtərəfli araşdırılır.

Bəs, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində nələr baş verib? Oradakı qanun pozuntuları nədən ibarətdir?

Qeyd etdiyimiz kimi, hələlik istintaq getdiyi üçün bu suala konkret cavab vermək mümkün deyil. Amma həm Naxçıvan sakinlərinin şikayətləri, həm muxtar respublikanın rəhbərliyi və tibb camesəinin narazılıqları, eyni zamanda mediada yayılan məlumatlar əsasında müəyyən fikir və ehtimallar səsləndirmək mümkündür.

Bu narazılıq və şikayətlərin ünvanı isə əksər hallarda Naxçıvan Muxtar Respublikasının hazırki səhiyyə naziri Samiq Sadıxovdur.

Qeyd edək ki, 38 yaşı olmasına rəğmən, nazır karyerasında sürətlə irəliləyib. Belə ki,

Samiq Sadıxov 2010-cü ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini, 2010-2011-ci illərdə Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında internatura təhsilini başa vuraraq həkim-oftalmoloq ixtisasına yiyələnib. 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında həkim-oftalmoloq kimi başlayıb, 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında bölmə müdiri, həkim-oftalmoloq kimi fəaliyyət göstərib. 2015-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində müəllim kimi fəaliyyətini davam etdirib.

Cəmi 3 ildən sonra - 2017-ci ildə isə Samiq Sadıxov Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin olunub. 2020-2023-cü illərdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin direktoru vəzifəsində çalışıb.Əlbəttə, onun vəzifə pillələrində bu cür sürətlə irəliləməsində Ali Məclisin keçmiş sədri Vasif Talıbovun həlledici rolu olub. Vasif Talıbovdan sonra isə o, hansısa yollarla əvvəlcə səhiyyə nazirinin birinci müavini, daha sonra - 2024-cü il mayın 31-də isə səhiyyə naziri vəzifəsinə təyin edilib.

Samiq Sadıxov nazir təyin olunduqdan sonra muxtar respublika hökumətinin qərarına zidd gedərək, Ailə Sağlamlıq Mərkəzlərinı Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) deyil, Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə keçirib və büdcə üçün əlavə lazımsız xərclər yaradıb.

Qeyd olunur ki, oxşar vəziyyət Təcili Yardım Mərkəzi, Diaqnostika Mərkəzi (əksər yeyintilər demək olar bu müəssisə üzərindən həyata keçirilib), Naxçıvan Şəhər Poliklinikası üçün də xarakterikdir. Naxçıvanda İcbari Tibbi Sığorta Agentliyi (İTS), Tibb Müəssisələrinin İdarəetmə Birliyi müstəqil qurumlar olmağına baxmayaraq, muxtariyyətin səhiyyə naziri tərəfindən idarə olunub.

O da qeyd olunur ki, Samiq Sadıxovun yaxınları, ailə üzvləri Naxçıvan İTS və Naxçıvan TMİB-də müxtəlif vəzifələrdə çalışırlar.

Ən ciddi qanunsuzluqlardan birinin isə Ailə Sağlamlıq Mərkəzlərinin Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində müstəqil qurum olmalarına baxmayaraq, əmək haqqını TMİB-in büdcəsindən almasıdır.

Bundan başqa, nazirin vəzifə imkanlarından istifadə edərək, Naxçıvan Sağlamlıq Mərkəzinə guya tibbi aksiya keçirmək adı altında özəl klinikalardan "uzman"lar dəvət etdiyi və bu yolla xeyli qazandığı da bildirilir.

Naxçıvanda fəaliyyət göstərən bütün xəstəxanalarda tibb işçilərinin maaşının kəsilməsi də yerli əhalinin ciddi narazılığına səbəb olan məsələlərədn biridir. Buna isə məhz elə Hesablama Palatasının yerli Səhiyyə Nazirliyində milyonlarla manat yeyinti aşkarlamasının səbəb olduğu deyilir. Belə anlaşılır ki, nazirlik üzə çıxan yeyintini işçilərin maaşı ilə doldurmaq istəyib.

Nazirin ən ciddi maxinasiyaları isə təbii ki, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibb Müəssisələrinin İdarəetmə Birliyi ilə əlbir olub, milyonlarla manatı mənimsəməsi ehtimalıdır. Hesablama Palatasının auditinin də məhz bu istiqamətdəki qanunsuzluqlara fokuslandığı anlaşılır.

Beləliklə, söhbət böyük bir regionda İTS-in ayırdığı milyonlarla manatı qanunsuz yollarla mənimsəməkdən gedir. Bu isə nazir üçün olduqca qaranlıq perspektiv vəd edir: o, ən azı vəzifədən gedəcək. Qanunsuzluqların miqyası deyildiyindən daha böyükdürsə, buna həbs cəzası da əlavə oluna bilər...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 May 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri