Nazir: İşləməyib əlil olan vətəndaş pensiya sisteminə daxil edilməyəcək
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Vətəndaş heç vaxt işləməyib, sonradan əlil olursa, sosial sığorta haqqı ödəmədiyinə görə pensiya sisteminə deyil, müavinət sisteminə daxil ediləcək".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələb olunur. Əlil olduqdan sonrakı dövr üçün belə tələb yoxdur. Amma vətəndaş işləyib, sonradan əlil olubsa, əməkqabiliyyətli hər ilinə görə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu, kifayət qədər böyük dəyişiklikdir", - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:Nazir: İşləməyib əlil olan vətəndaş pensiya deyil, müavinət sisteminə daxil ediləcək
27 Noyabr 2024 13:07
İşləməyib əlil olan vətəndaş pensiya deyil, müavinət sisteminə daxil ediləcək Nazir
27 Noyabr 2024 13:18
Sahil Babayev: İşləməyib əlil olan vətəndaş pensiya deyil, müavinət sisteminə daxil ediləcək
27 Noyabr 2024 13:18
İşləməyib əlil olan vətəndaş pensiya deyil, müavinət sisteminə daxil ediləcək Nazir AzPolitika onlayn siyasiictimai qəzet
27 Noyabr 2024 13:33
Vətəndaş əgər heç vaxt işləməyib sonradan əlil olursa... Nazir
27 Noyabr 2024 12:28
Baxış sayı:141
Bu xəbər 27 Noyabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















