Icma.az
close
up
RU
Nazir Məcnun Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə görüşüb

Nazir Məcnun Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ilə görüşüb

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

Qonaqları salamlayan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. Nazir qeyd edib ki, keçirilən müzakirələr Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini araşdırmağa və yeni tərəfdaşlıq yaratmağa imkan verir. Qeyd olunub ki, ixrac yönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etmək imkanlarını araşdırmaq vacibdir. Məcnun Məmmədov iki ölkə arasında konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacibliyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsi bildirib ki, ölkəsi Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.  Birləşmiş Ərəb Əmirliklərinin dünya miqyasında daha etibarlı qida təchizatı zənciri yaratmaq üçün beynəlxalq əməkdaşlıqların qurulmasının vacibliyinə diqqət çəkən nazir bu baxımdan Bakıda keçirdiyi görüşləri müsbət qiymətləndirib. 

Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinə investisiya qoyuluşu imkanları, aqrar sahədə yeni texnologiyaların tətbiqi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.  

Görüşün sonunda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək məqsədilə birgə işçi qrupunun yaradılması, kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumunun hazırlanaraq imzalanması barədə ilkin razılıq əldə olunub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Fevral 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri