Nazir Məcnun Məmmədov Xaçmazda vətəndaşları qəbul edəcək Doğru Xəbərlər
Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 29-da saat 09:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Doğru.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (099-355-76-35/050-304-06-08) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 25 Noyabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















