Nazir müavini ABŞ yə qaçdı Barəsində Rusiyada istintaq aparılır
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın keçmiş Təbii Sərvətlər və Ətraf Mühit nazirinin müavini Denis Butsayev böyük ehtimalla ABŞ-yə qaçıb.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, barəsində istintaq aparılan nazir müavini əvvəlcə Belarusa, oradan Gürcüstana, oradan da ABŞ-yə gedib.
Qeyd olunur ki, Butsayevin ABŞ-yə yerləşməsi onun rütbəsindəki vəzifəli şəxsin Rusiyadan qaçmasına dair ilk haldır. Rusiyada nazir müavinləri Baş nazir və ya Prezident tərəfindən təyin olunur. Butsayevin adı ABŞ, Kanada, Böyük Britaniya və ya Aİ-nin sanksiya siyahılarında yoxdur.
"Vedomosti" mənbələrinin məlumatına görə, nazir müavini Rusiyanı 22 apreldə, işdən çıxarılması barədə əmrin imzalandığı gün tərk edib. Rəsmi olaraq onun vəzifəsindən öz istəyi ilə istefa verdiyi elan edilib. Lakin o da məlumdur ki, Butsayevin 2020-ci ildən 2025-ci ilə qədər rəhbərlik etdiyi Rusiya Ekoloji Operatorunun (REO) top menecerlərinə qarşı cinayət işi açılıb və 100 milyardlara rublluq layihələrdəki korrupsiya hallarının araşdırıldığı işdə onun da adı keçir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 01 May 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















