Icma.az
close
up
RU
Nazir müavini azad edilmiş ərazilərdə görülən işlərdən danışdı

Nazir müavini azad edilmiş ərazilərdə görülən işlərdən danışdı

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İşğaldan azad edilmiş ərazilərdə yerləşən ümumi sahəsi 43 min hektar olan Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilmiş, Qaragöl Dövlət Təbiət Qoruğunun, həmçinin Qubadlı, Arazboyu və Laçın dövlət təbiət yasaqlıqlarının bioloji müxtəlifliyinin və təbiət abidələrinin bərpası istiqamətində tədbirlər həyata keçirilir".

Publika.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə:dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdə deyib:

"Bununla yanaşı, işğaldan azad edilmiş Şuşa, Xocalı, Ağdərə və Kəlbəcər rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması nəzərdən keçirilir və bununla bağlı ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb.

Biomüxtəlifliyin qorunmasında Azərbaycanın “Qırmızı kitabı” mühüm istiqamətverici sənəd hesab edilir. İşğaldan azad edilmiş ərazilərdə də 30 illik fasilədən sonra nadir və nəsli kəsilmək təhlükəsində olan növlər öyrənilərək 3-cü nəşrə daxil edilib".

Nazir müavini vurğulayıb ki, bioloji müxtəlifliyin qorunması istiqamətində regional və qlobal səviyyədə əməkdaşlığa xüsusi önəm verilir:

"Ölkəmiz bioloji müxtəlifliyin mühafizəsi sahəsində də fəaliyyət göstərən beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Ətraf mühitin və xüsusən canlı həyat üçün əsas sayılan bioloji müxtəlifliyin beynəlxalq ictimaiyyətin birgə səyləri ilə qorunması, onun məhvolma təhlükələrinin öyrənilməsi və aradan qaldırılması aktual məsələlərdəndir.

Biomüxtəlifliyin ayrı-ayrı komponentlərinin ümumilikdə ekosistem və xüsusilə də onun əsas tərkib hissəsi hesab edilən meşə ehtiyatları ilə əlaqələndirilmiş şəkildə mühafizəsi mühüm əhəmiyyət daşıyır.

Azərbaycan 2025-ci ilin iyun ayında “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransa ev sahibliyi edəcək. Tədbir, meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarını, ekoloqları, siyasətçiləri, beynəlxalq təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək.

Bütün maraqlı tərəfləri bu konfransda iştirak etməyə dəvət edirik. Birlikdə, az meşə örtüyünə malik ölkələrin problemlərini həll etməyə, qlobal dayanıqlığa töhfə verən innovativ həlləri təşviq etməyə və tərəfdaşlıqları gücləndirməyə çalışacağıq. Konfrans ən yaxşı təcrübələrin bölüşülməsi və daha yaşıl gələcək üçün əməkdaşlığın inkişafı üçün mühüm platforma olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://publika.az
archiveBu xəbər 21 Noyabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri