Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycanda çoxmənzilli yaşayış binalarının 50 faizə qədər enerji səmərəliliyi potensialı var AZƏRTAC

Nazir müavini: Azərbaycanda çoxmənzilli yaşayış binalarının 50 faizə qədər enerji səmərəliliyi potensialı var AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, AZƏRTAC

COP29 çərçivəsində Beynəlxalq Enerji Agentliyi (İEA) ilə birgə təşkil edilmiş tədbirdə Azərbaycanda Enerji Səmərəliliyi Siyasəti üzrə Yol Xəritəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq səyləri dəstəklədiyini, istixana qazı emissiyalarını azaltmağı öhdəsinə götürdüyünü, hazırda yaşıl iqtisadiyyata keçidi sürətləndirmək, bərpa olunan enerji mənbələrinin payını artırmaq və enerji səmərəliliyini təmin etmək üçün ciddi addımlar atıldığını bildirib.

Enerji səmərəliliyinin ölkənin enerji keçidi siyasətinin və strateji sənədlərinin əsas komponentlərindən biri olduğu, bu istiqamətdə hüquqi və tənzimləyici çərçivənin formalaşdırıldığı qeyd edilib.

Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində hazırlanmış və ümumilikdə ölkədə olan enerji səmərəliliyi siyasəti ilə bağlı mövcud vəziyyəti əks etdirən yol xəritəsinə əsasən Azərbaycanda çoxmənzilli yaşayış binalarının 50 faizə qədər enerji səmərəliliyi potensialı mövcuddur. Bu potensialın reallaşdırılması nəticəsində illik 4,2 milyard kubmetrədək qaza qənaət edilə, 10 milyon tonadək karbon emissiyası azaldıla və 125 min yeni iş yeri yaradıla bilər.

Tədbir enerji səmərəliliyi üzrə gələcək prioritetlər, qarşıda duran çağırışlar və həll yolları, beynəlxalq təcrübənin öyrənilməsi kimi mövzular üzrə panel müzakirələri ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see181

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see137

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see135

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see133

Krediti qaytarmayanların sayı artır: NİYƏ?

25 İyul 2025 15:42see132

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see131

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see130

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see128

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see128

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see127

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see127

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see126

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see125

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see125

Rubio Trampı sərt xarici siyasətə təşviq edən əsas simalardandır Politoloq AÇIQLADI

25 İyul 2025 19:59see125

Ukrayna Stavropola hücum etdi

26 İyul 2025 10:29see125

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see124

Daily Mail : İrəvan yaxınlığındakı AES hər an partlaya bilər

26 İyul 2025 00:51see123

Kamboca atəşkəs təklifini qəbul etdi

26 İyul 2025 10:55see122

Abşeronda motosiklet yolu keçmək istəyən piyadanı vurdu

26 İyul 2025 02:20see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri