Icma.az
close
up
RU
Nazir müavini: Azərbaycanın yaşıl təşəbbüsləri ölkədə enerji keçidinə yönəlib Xəbər saytı Son xəbərlər və Hadisələr

Nazir müavini: Azərbaycanın yaşıl təşəbbüsləri ölkədə enerji keçidinə yönəlib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın "yaşıl təşəbbüs"ləri həm ölkə daxilində enerji keçidini, həm də Avropaya "yaşıl enerji" ixracını təmin etməyə yönəlib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov iqlim dəyişikliyi sahəsində qlobal müzakirələrin mərkəzi olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən tədbirlərdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu sahədə layihələr beynəlxalq əməkdaşlıqlar çərçivəsində inkişaf etdirilir.

"Azərbaycana doğru yaşıl yol 2030" adlı tədbirdə O. Zeynalov çıxış edərək ölkəmizin "yaşıl enerji" keçidi istiqamətindəki strateji hədəflərini və bu sahədə həyata keçirilən layihələri təqdim edib.

Nazir müavini, həmçinin "Aralıq dənizi momentumu: 2030-cu ilə qədər 1TVt bərpa olunan enerjiyə doğru sürətlənmə" tədbirində iştirak edib. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera və Qlobal Bərpa Olunan Enerji Aliansının baş icraçı direktoru Bruce Douglasın salamlama nitqləri ilə başlayan tədbirdə çıxış edən nazir müavini "yaşıl enerji dəhliz"ləri və zonalarının təşəbbüskarı olan ölkəmizin, enerji təhlükəsizliyinin artırılması istiqamətində irəliləyişlər əldə edərək, regionda və dünyada "yaşıl enerji" infrastrukturunun genişləndirilməsi üzrə ciddi addımlar atdığını qeyd edib.

Tədbirdə Türkiyə, Misir, İordaniya və digər ölkələrdən olan nazirlər və digər yüksək səviyyəli nümayəndələrin də çıxışları dinlənilib. Aralıq dənizi regionunda bərpa olunan enerji istifadəsinin artırılması, qarşıya çıxan çətinliklər və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub, iştirakçılar arasında birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see261

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see154

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see131

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see130

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see124

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see123

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri