Icma.az
close
up
RU
Nazir müavini: Balıqçılıq təsərrüfatlarının qeydiyyatı sadələşdiriləcək

Nazir müavini: Balıqçılıq təsərrüfatlarının qeydiyyatı sadələşdiriləcək

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycanda balıqçılıq sahəsində də kənd təsərrüfatının digər istiqamətlərində olduğu kimi dövlət dəstəyi mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

“APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni qəbul olunmuş “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” qanunlarla bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni qanunların əsas məqsədlərindən biri balıqçılıq və toxumçuluq sahəsində qanunvericiliyin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Nazir müavini qeyd edib ki, hər iki sahədə əsas yeniliklərdən biri rəqəmsallaşmanın genişləndirilməsidir.

“Bu, həmin sahələrdə fəaliyyət göstərən subyektlərin qeydiyyatından başlayaraq dövlət nəzarətinin məsafədən həyata keçirilməsinə, eləcə də dövlət xidmətlərinə çıxışın rəqəmsal həllər vasitəsilə daha da asanlaşdırılmasına imkan verəcək”, – İlhamə Qədimova bildirib.

O əlavə edib ki, balıqçılıq artıq kənd təsərrüfatı fəaliyyətinin istiqamətlərindən biri kimi qiymətləndirilir və bu sahənin inkişafı, həmçinin ixrac potensialının artırılması qarşıya qoyulan əsas hədəflərdəndir.

İlhamə Qədimovanın sözlərinə görə, yeni qanunla balıqçılıq təsərrüfatlarının qeydiyyatının sadələşdirilməsi, uçot sisteminin təkmilləşdirilməsi və ölçmə vasitələrinin müasirləşdirilməsi də nəzərdə tutulur.

Nazir müavini vurğulayıb ki, balıqçılıq təsərrüfatlarının sayının və istehsalın artırılması ilə yanaşı, onların ətraf mühitə, biomüxtəlifliyə və su resurslarına mənfi təsir göstərmədən fəaliyyət göstərməsi də əsas tələblərdən olacaq.

İlhamə Qədimova bildirib ki, toxumçuluq sahəsində də qanunvericilik beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğunlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri