Icma.az
close
up
RU
HP: Balıqçılıq təsərrüfatlarının fəaliyyətinə nəzarət təmin edilməyib

HP: Balıqçılıq təsərrüfatlarının fəaliyyətinə nəzarət təmin edilməyib

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

01.01.2024-cü il tarixə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə 11724,9 ha sahədə fəaliyyət göstərən 604 balıq istehsalçısından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə yalnız 1569,6 ha sahədə (13,4%) fəaliyyət göstərən 76-sı (12,6%) ETSN tərəfindən uçota alınaraq sertifikatlaşdırılmış, balıqçılıq təsərrüfatlarının fəaliyyətinə lazımı nəzarət təmin edilməyib.

Bu barədə “APA-Economics” Hesablama Palatasına istinadən xəbər verir.

Qeyd edilib ki, qeydiyyatsız fəaliyyət göstərən balıq gölləri üzrə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ətraf mühitə təsir qiymətləndirilməmiş, bu isə göllərin ətraf mühitə təsiri ilə bağlı faktiki risklərin də dəyərləndirilməməsi və potensial təhdidlərlə nəticələnib.

KTN-nin məlumatına əsasən respublika üzrə fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının say baxımından 62,6%-i, sahə baxımından 85,4%-i Kür-Araz ovalığında, həm say, həm sahə, həm də qeydiyyatsız fəaliyyət baxımından əksər hissəsi isə coğrafi cəhətdən daha çökək ərazidə yerləşən və buna görə də ərazisi şorlaşmaya daha çox məruz qalan Neftçala və Salyan rayonlarında yerləşir ki, bu da qrunt sularının yatma dərinliyinin az, şorlaşma riski yaradan duzların miqdarının çox olduğu və qrunt suların torpaq səthinə yaxın yerləşdiyi həmin ərazilərdə balıqçılıq təsərrüfatlarının da fəaliyyətinin təsiri ilə torpaqların şorlaşma səviyyəsinin artımına səbəb olur.

Bundan başqa, araşdırmalar balıq göllərinə verilən suların uçotunun düzgün aparılmadığını göstərmiş, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən təqdim edilmiş məlumata əsasən 2023-cü ildə balıq göllərinin 1 hektarına Beyləqan rayonunda 1,1 min m3, Biləsuvar rayonunda 1,7 min m3 su verilmişdir. Bu isə balıq göllərinin hər hektarında suyun dərinliyinin həmin rayonlarda, orta hesabla müvafiq olaraq, 11 sm və 17 sm olması anlamına gəlir ki, bu da balıq yetişdirilməsi üçün kifayət etməsi baxımından real deyildir.

Eyni zamanda, balıq göllərinə su satışı üzrə ayrıca tariflərin müəyyən edilməməsi şəraitində həmin göllərə verilmiş sular göldəki suyun yenilənməsi və boşaldılması zamanı kollektorlara axıdılır ki, bu da həmin sulardan, zəruri infrastruktur qurulmaqla, suvarma və ya torpaqların yuyulması məqsədləri üçün istifadə edilməməsi səbəbindən böyük miqdarda su itkisi, kollektorların əlavə yüklənərək daha tez lillənməsi və gəlir potensialının itirilməsi anlamına gəlir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri