Nazir müavini Donetskdən qayıdarkən qəzaya düşdü
Icma.az bildirir, Axar.az portalına istinadən.
Rusiya Fövqəladə Hallar Nazirliyinin nazir müavini Roman Kurinin Donbasdan ezamiyyətdən qayıdarkən Tula vilayətində yol qəzası keçirib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən xəbər verilib.
Məlumatda deyilir: "Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun göstərişi ilə nazir müavini Roman Kurinin Donetsk Xalq Respublikasında (qondarma Donetsk Xalq Respublikasında - red. ) işgüzar səfərdə olub. Moskvaya qayıdarkən Tula vilayətində, M-4 "Don" magistralında xidməti avtomobil qəzaya uğrayıb".
Qəza nəticəsində xəsarət alan olmayıb, heç kəs xəstəxanaya yerləşdirilməyə ehtiyac duymayıb.

Donetskdən DƏHŞƏT dolu görüntülər
09 Sentyabr 2025 14:53
Ukrayna Donetskdən geri çəkilərsə... BÖYÜK TƏHLÜKƏ
10 Avqust 2025 11:29
Putin şərt qoydu Ukrayna Donetskdən çıxsın
16 Avqust 2025 22:42
Donetskdən Kiyevə qaçmağı bacaran Martanın dedikləri..?
27 Avqust 2025 00:25
Ukrayna üçün böyük təhlükə: Donetskdən geri çəkilərsə...
10 Avqust 2025 09:00

