Icma.az
close
up
RU
Nazir müavini: ƏƏSMNin tabeliyindəki 160 xidmətindən 90 faizindən çoxu elektronlaşdırılıb

Nazir müavini: ƏƏSMNin tabeliyindəki 160 xidmətindən 90 faizindən çoxu elektronlaşdırılıb

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki 160 xidmətindən 145-dən və ya 90 faizdən çoxu elektronlaşdırılıb.

"Report" xəbər verir ki, bunu DOST Agentliyində “Sosial müdafiə sahəsində şəffaflığın təmin edilməsi və elektron həllərin tətbiqi” mövzusunda vətəndaş cəmiyyəti institutları ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

A.Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflığın təminatı, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə son illər həyata keçirilən islahatları diqqətə çatdırıb.

Görüşdə 2018-2024-cü illərdə dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. 2019-cu ildən yaradılan 50-dən çox proaktiv xidmət vasitəsilə sosial ödənişlərin müraciət olunmadan və sənəd təqdim edilmədən e-sistem üzərindən təyin olunduğu bildirilib.

Sosial müdafiə sahəsində antikorrupsiya tədbirlərinə, DOST Konsepsiyasına və elektron həllərin tətbiqinə dair təqdimatlar edilib. Son illər Nazirliyin qurumlarına bir çox beynəlxalq standartlar, o cümlədən antikorrupsiya idarətmə sistemi üzrə ISO 37001 beynəlxalq standartı üzrə sertifikat təqdim edildiyi qeyd olunub. Elektron həllərin tətbiqi barədə geniş məlumat verilib.

Qeyd olunub ki, həmçinin nazirliyin bütün xidmətləri e-sosial portalında reyestr formasında təqdim olunur. Portalın əsas səhifəsində axtarış alqoritmləri daha da təkmilləşdirilib ki, bu da nəticələrin sürətli və dəqiq şəkildə təqdim olunmasını təmin edir.

Nazirliyin "Sosial Bot" layihəsi, peşə və kvalifikasiya standartlarının reyestri, özünüməşğulluq proqramı çərçivəsində aktiv alanlar və s. barədə məlumatlar da e-sosial portalına inteqrasiya edilib. Şəffaflığın artırılması məqsədilə dövlət xidmətləri portalında Nazirlik üzrə xidmətlərə dair məlumatların mütəmadi olaraq yenilənməsi işləri görülür.

"Əmək və Məşğulluq" altsitsteminin əmək bazarı iştirakçılarının məşğulluq xidmətlərindən çevik və şəffaf şəkildə yararlanmaları üçün üstünlükləri qeyd olunub.

Görüşdə, həmçinin Nazirlik yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov, QHT-lərin nümayəndələri iştirak ediblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Dekabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri