Nazir müavini: İstilik təchizatı sahəsinin beynəlxalq təcrübə nəzərə alınmaqla inkişaf etdirilməsinə ehtiyac var
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 aprel, AZƏRTAC
İstilik təchizatı sahəsi energetika sektorunun əsas tərkib hissələrindən biridir. Bu sahənin beynəlxalq təcrübə nəzərə alınmaqla inkişaf etdirilməsinə ciddi ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında energetika nazirinin müavini Samir Vəliyev deyib.
O bildirib ki, “İstilik təchizatı haqqında” qanun layihəsi özündə beynəlxalq təcrübənin və ölkəmizin xarakterik xüsusiyyətlərini ehtiva edir.
“Layihədə enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərərin vurulmaması, enerji resurslarından səmərəli istifadə edilməsi şərtləri rəhbər tutularaq, istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təchiz edilməsi kimi nəticələrin əldə edilməsinə imkan veriləcək”, - deyə nazir müavini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 23 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















