Icma.az
close
up
RU
Nazir müavini: “Mehdiabad 28 May” tramvay xətti Bakının şimal qəsəbələrini mərkəzə bağlayacaq

Nazir müavini: “Mehdiabad 28 May” tramvay xətti Bakının şimal qəsəbələrini mərkəzə bağlayacaq

Icma.az, Apa.az saytına istinadən bildirir.

“Mehdiabad-28 May (HUB)” tramvay xətti Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək.
APA-Economics” xəbər verir ki, bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub:

“Tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, həmçinin metronun “Azadlıq prospekti” stansiyası yaxınlıqda sərnişin mübadiləsi baş tutacaq. Yəni, tramvayla gələn sərnişinlər səfərlərini dəmiryolu və ya metro ilə davam etdirə biləcəklər. Növbəti sərnişin mübadiləsi isə son dayanacaq kimi nəzərdə tutulan Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi olan “28 May”da baş tutacaq. Hesablamalara görə, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir”.
R.Hümmətov qeyd edib ki, tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verəcək:
“Tramvayın bir çox üstünlükləri var: o, yüksək sərnişindaşıma qabiliyyətinə malikdir, ekoloji cəhətdən təmizdir, uzunömürlüdür (istismar müddəti 50 ilə qədərdir) və xüsusi yollarla hərəkət etdiyinə görə tıxaca düşmür. Bu da avtobus və trolleybuslarla müqayisədə daha rahat və sürətli hərəkəti təmin edir. Tramvaylar vasitəsilə irihəcmli sərnişin axınlarının sürətli və rahat şəkildə mobilliyini təmin etmək mümkündür. Tramvaylar ilk növbədə həmin dəhlizlər üzrə olan avtobus marşrutları ilə inteqrasiya olunur. Burada avtobuslar əlaqələndirici rol oynaya bilir, yəni sərnişinlər bu nəqliyyat növü vasitəsilə tramvay dayanacaqlarına çata bilirlər. Digər tərəfdən, əgər həmin dəhlizlər üzrə metro və ya dəmiryolu stansiyalari mövcuddursa, tramvaylar mütləq şəkildə həmin stansiyalarla da inteqrasiya olunurlar. Bu zaman sərnişinlər səyahətlərini özlərinə uyğun və rahat nəqliyyat növləri ilə davam etdirə bilirlər”.

“Dünya təcrübəsi göstərir ki, tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verir, dolayısı ilə yeni iş yerləri açılır ki, bu da tramvayın daha bir üstünlüyüdür”, - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda ilk növbədə “Mehdiabad-28 May (HUB)” tramvay xəttinin çəkilməsi nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Yanvar 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri