Icma.az
close
up
RU
Gündə 2 banandan çox yeməyin Gizli “şəkər zərbəsi”

Gündə 2 banandan çox yeməyin Gizli “şəkər zərbəsi”

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bir çox insan bananı ideal qəlyanaltı hesab edir və onu heç bir məhdudiyyət olmadan yeyir. Çünki düşünürlər ki, bu “sağlam şirniyyatdır”. Amma dietoloqlar getdikcə daha çox xəbərdarlıq edirlər: bu zərərsiz görünən dadın arxasında orqanizm üçün ciddi yük gizlənə bilər.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, xüsusilə arıqlamaq istəyən və ya şəkər səviyyəsinə nəzarət edən insanlar bananla ehtiyatlı olmalıdır. Bu meyvə, xüsusiyyətləri nəzərə alınmadıqda, gözlənilməz şəkildə mənfi təsir göstərə bilər.

Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, banan şəkəri ən yüksək olan meyvələrdən biridir. Orta ölçülü bir bananın tərkibində təxminən 14-16 qram şəkər olur.

Dietoloqlar izah edirlər ki, orqanizm banana demək olar ki, sürətli karbohidratlar kimi reaksiya verir. Şəkər tez sorulur və qanda qlükozanın sürətlə yüksəlməsinə səbəb olur. Bu zaman mədəaltı vəzi şəkəri sabitləşdirmək üçün daha çox insulin ifraz etməyə məcbur qalır. Əgər bu hal mütəmadi təkrarlanırsa, orqanizmə düşən yük artıq xroniki xarakter alır.

Sağlam insan üçün gündə iki banan təhlükəsiz norma hesab olunur. Amma bundan artıq miqdar “gizli şəkər zərbəsi” kimi təsir göstərə bilər. Xüsusilə insulin müqaviməti (insulinrezistentlik) olan insanlar daha diqqətli olmalıdır. Onların orqanizmi sürətli karbohidratlarla daha çətin mübarizə aparır.

Banan kalium və lif baxımından faydalıdır. Lakin bu üstünlüklər onun yüksək şəkər tərkibini tamamilə “ört-basdır etmir. Əgər bir nəfər ard-arda üç və ya dörd banan yeyərsə, qanda qlükoza səviyyəsi şirin bulka və ya xəmir yeməklərindən sonra olduğu kimi yüksələ bilər. Bu, glikemik araşdırmaların nəticələri ilə də təsdiqlənir.

Yetişmiş bananlar yetişməmiş bananlardan daha çox şəkər ehtiva edir. Meyvə nə qədər yumşaq olarsa, onun glikemik yükü bir o qədər yüksək olur. Bu səbəbdən çəkiyə nəzarət edən insanlar üçün bir az yaşıl, yəni tam yetişməmiş banan seçmək daha uyğundur. Çünki onlar qanda şəkəri daha yavaş artırır.

Bananı zülal və ya qoz-fındıqla birlikdə yeməyi tövsiyə edirlər. Bu, karbohidratların sorulmasını yavaşıtmağa kömək edir. Amma hətta belə “hiylələr” də gündəlik normanı ləğv etmir.

Mədəaltı vəzi yenə də şəkərə reaksiya verir. Bir çox insan təəccüblənir ki, “düzgün qidalanıram”, amma niyə arıqlaya bilmirəm. Bəzən səbəb məhz banan olur və bu, gizli problem kimi özünü göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Yanvar 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri