Nazir müavini: Özünüməşğulluq proqramından keçən il 2 500 gənc faydalanıb
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi özünüməşğuluq proqramından 2 500 gənc faydalanıb.
"Report" xəbər verir ki, bunu nazir müavini Anar Kərimov Bakıda keçirilən İnsan İnkişaf Forumunda bildirib.
Bundan başqa, o deyib ki, ötən il təqribən 16 minə yaxın gənc müxtəlif peşə kurslarına cəlb edilib.
"İl ərzində 150 əmək yarmarkası keçirilib, peşə yönümlü xidmətlərin sayı 200 mini keçib", - deyə nazir müavini qeyd edib.
A.Kərimovun sözlərinə görə, bu ildən ölkədə minimum əməkhaqqının 400 manata çatdırılması gənclər üçün çox vacibdir: "Çünki gənclər ilk iş yerlərində minimum əməkhaqqı ilə çalışmaq məcburiyyətindədirlər. Əsas məsələ onların təcrübə toplaması, bacarıq əldə etməsidir. Hazırda nazirliyin nəzdində "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" MMC fəaliyyət göstərir. Burada müəyyən əlilliyi olan şəxslərin, gənclərin təcrübə toplamasına şərait yaradılıb. İl ərzində təqribən 200-ə yaxın gənc burada potensialını inkişaf etdirə bilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 Fevral 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















