Icma.az
close
up
RU
Nazir müavini: Qanunvericiliyə dəyişikliklər icra sistemində vətəndaş məmnunluğunun artırılmasına yönəlib MÜSAHİBƏ

Nazir müavini: Qanunvericiliyə dəyişikliklər icra sistemində vətəndaş məmnunluğunun artırılmasına yönəlib MÜSAHİBƏ

Icma.az bildirir, Apa.az portalına istinadən.

Prezident İlham Əliyev tərəfindən ötən günlərdə icra haqqında qanunvericiliyə mühüm dəyişikliklər təsdiq edildi. Bu dəyişikliklər məhkəmə qərarlarının icrası prosesinə necə təsir göstərəcək? Yeni dəyişikliklər icra mexanizmində nəyi dəyişəcək? Ədliyyə nazirinin müavini Toğrul Hüseynov bununla bağlı APA-nın suallarını cavablandırıb:

- İcra haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən ölkəmizdə əmlakın satışı mexanizmi yenidən formalaşdırılır. Bu dəyişikliklərin əsas mahiyyəti nədən ibarətdir?

- Bəli, qəbul olunmuş yeni dəyişikliklər icra prosesində mühüm mərhələni təşkil edir. Əsas məqsəd borclunun hüquqlarının daha səmərəli müdafiəsi, şəffaf və rəqabətli satış mexanizminin yaradılmasıdır. Yeni qanunvericilik borclunun hüquqlarını qorumaqla yanaşı, tələbkarın maraqlarının da təmin olunmasına yönəlib. Ən önəmli yeniliklərdən biri qanunla nəzərdə tutulmuş qaydada borclulara şərait yaradılmasıdır ki, onlar əmlaklarını əvvəlcədən özləri sərbəst şəkildə bazarda sata bilsinlər. Əvvəlki qanunvericilikdə bu hüquq birbaşa nəzərdə tutulmamışdı, nəticədə borclular çox zaman satış prosesindən narazı qalırdılar. İndi isə Qanun borcluya bazar qiymətinə uyğun ədalətli satış imkanını tanıyır.

- Bəs borclu əmlakı özü satmadıqda proses necə tənzimlənir?

- Borclu bu hüquqdan istifadə etmədikdə əmlak real bazar dəyərində tələbkara təklif olunur. Tələbkar qəbul etmədikdə isə əmlak hər kəs üçün əlçatan olan elektron hərrac vasitəsilə rəqabətli şəraitdə satılır.

- Qeyd etdiniz ki, əmlak elektron hərrac vasitəsilə satılacaq. Elektron hərraclara keçidin borclular və alıcılar üçün hansı üstünlükləri var?

- Bəli, əmlakın hərrac yolu ilə satılması prosesi artıq tam rəqəmsallaşır. Kağız üzərində aparılan çoxsaylı yazışmalar, vaxt itkisi və əlavə xərclər aradan qaldırılır. Bu isə əmlakın daha operativ şəkildə və qanuna uyğun formada satışını təmin edir. İştirakçılar – istər ölkə daxilində, istərsə də xaricdə yaşayan şəxslər internet üzərindən elektron hərraclarda iştirak edə bilərlər.

- Yəqin ki, bu, iştirakçıların sayına da təsir edir...

- Tamamilə doğrudur. Elektron hərrac formatı iştirakçıların sayını ciddi şəkildə artırır, nəticədə əmlakın daha yüksək qiymətə satılması üçün rəqabətli mühit yaradır. Bu şərait həm borclunun, həm də tələbkarın maraqlarına cavab verir.

- Hərracın şəffaflığı ilə bağlı hansı tədbirlər nəzərdə tutulur?

- Əsas məqsədlərimizdən biri şəffaflıq və hesabatlılıqdır. Prosesin rəqəmsallaşması və mərkəzləşdirilmiş qaydada idarə olunması subyektiv amilləri minimuma endirir. Hərraclara vahid mərkəzdən nəzarət edilir, bütün mərhələlərə qanunvericiliyin tələblərinə uyğun riayət olunması təmin olunur. Bu da şəffaflığı dəfələrlə artırır və nəticədə vətəndaş narazılığına səbəb ola biləcək halların qarşısı alınır.

- Nəzarət mexanizmi necə qurulacaq?

- Hərracların təşkili və keçirilməsi vahid mərkəzdən idarə olunacaq. Satış prosesi real vaxtda izləniləcək, hesabatlılıq təmin ediləcək. Həmçinin satış nəticələrinin təhlili əsasında gələcəkdə daha da təkmilləşmiş mexanizmlər tətbiq olunacaq.

- Hərrac xərclərinin müəyyənləşdirilməsi ilə bağlı konkret yanaşma varmı?

- Bəli, yeni qanun bu sahəyə də dəqiqlik gətirir. Artıq hərrac xərclərinin hansı subyektlər tərəfindən qarşılanacağı və konkret məbləği qanunla müəyyən edilir. Nəticədə bu qeyri-müəyyənlikləri aradan qaldırır və aydın maliyyə mexanizmi yaradır. Bu isə sistemli və ədalətli yanaşma baxımından mühüm yenilikdir.

- Hərracdan sonra alıcının əmlaka sahib olması prosesi necə həyata keçiriləcək?

- Alıcı əmlakı hərracdan əldə etdikdən sonra müvafiq protokol avtomatik olaraq inteqrasiya olunmuş sistem vasitəsilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə göndəriləcək. Beləliklə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun reyestr qeydiyyatı tam rəqəmsal qaydada aparılacaq.

- Son olaraq, bəzən borclu satılmış əmlakı təhvil verməkdən imtina edir. Yeni qanunla bu məsələ necə tənzimlənir?

- Yeni mexanizm bu halların da qarşısını almağa yönəlib. Əvvəllər belə hallar yarananda alıcı əlavə olaraq məhkəməyə müraciət etməli olurdu. Yeni qanun bu problemi aradan qaldırır. Əgər borclu satılmış əmlakı könüllü şəkildə təhvil verməzsə, artıq əlavə məhkəmə çəkişməsinə ehtiyac qalmayacaq. Qanuna əsasən, əmlak birbaşa boşaldılır. Bu, həm alıcının hüquqlarını qoruyur, həm də icra prosesini sürətləndirir. Qəbul edilən dəyişikliklər hüquqi dövlət quruculuğu və vətəndaş məmnunluğu baxımından ciddi addımdır və icra prosesini yeni mərhələyə daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Avqust 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri