Nazir müavini: Qeyri neft qaz gəlirləri neft qaz gəlirlərindəki artımı üstələyib
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin orta illik artım tempi neft-qaz gəlirlərinin orta illik artım tempini 7,8 faiz bəndi üstələyib.
Ölkə.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
Nazir müavini bildirib ki, artan qeyri-neft-qaz gəlirləri hesabına dövlət büdcəsinin cari xərclərinin ötürülməsi göstəricisi ötən müddətdə 3,5 faiz bəndi yüksəlib.
"Növbəti il üçün dövlət və icmal büdcənin hazırlanmasında makro-iqtisadi proqnoz göstəriciləri - xam neftin 1 barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları, orta illik inflyasiya 4,8 %, manatın məzənnəsi 1,7 manat nəzərə alınıb, ÜDM-nin 0,9 %, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 5 % real artımı əsas götürülüb", - nazir müavini vurğulayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Noyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















