Icma.az
close
up
RU
Nazir nə dedi və niyə ona qarşı çıxdılar?

Nazir nə dedi və niyə ona qarşı çıxdılar?

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mədəniyyət naziri Adil Kərimlinin sosial şəbəkələrdə başlıq kimi paylaşılan “Azərbaycan mədəniyyəti təkcə nazirliyin işindən ibarət deyil” cümləsi bir neçə dəfə qarşıma çıxdı. Cümlənin kontekstini yalnız “Azadlıq” xiyabanında giriftar olduğum tıxacda izləyə bildim, özü də taksi sürücüsünün nostalji bir fısıltıyla dinlədiyi proletkult konyukturasının boş pafosa həsr etdiyi Rəşid Behbudovun möhtəşəm səsinin fonunda.

Nazir, əlbəttə, məsələnin ictimai məzmununa diqqət çəkmək üçün söyləyirdi o cümləni. Amma o cümlənin daha çox tarixi, fəlsəfi məzmununun şərhinə ehtiyac var.

Mədəniyyət nəinki bir nazirliyə, hətta bir ölkəyə, bir regiona sığmayacaq qədər geniş anlayışdı. Onun yaranması üçün bəzən bir an, bəzən min illər lazım olur. Onu bəzən yalnız bir insan, bəzən də onlarla xalq bir yerdə yaradır.

Məsələn, Ştefan Sveyqə görə, yalnız bir adamın - Rotterdamlı Erazmın ömrü kifayət etdi ki, müasir Avropa mədəniyyəti yaransın. Mənsubu olduğumuz ürfan mədəniyyətinin yaranmasında isə qədim misirlilər, yunanlar, hindlilər səs-səsə verib min illərini xərcləmişdilər.

Bunlar ağır söhbətlərdi. Keçək sözümüzün mustafasına. Azərbaycanda beş-altı adam xaric hamı elə bilir ki, Azərbaycan mədəniyyəti yalnız və yalnız Mədəniyyət Nazirliyinin, yaxud Yazıçılar, Bəstəkarlar, Rəssamlar ittifaqlarının, AMEA-nın və s. qurumların işindən ibarətdir. Haqsız da deyillər. Çünki yetmiş il stalinizmin tərbiyəsində böyüyüb boya-başa çatmış cəmiyyət başqa cür düşünə də bilməz.

Yaşlı nəslin xatirələrinə mənim kimi diqqətlə qulaq assanız görəcəksiniz ki, sovet dövründə insanlar bir-birinə yaxşılığı gizlində edirmişlər. Çünki bolşevik rejim insanlara ancaq pislik etmək azadlığı vermişdi, onların bir-birinə yaxşılıq etmək azadlığı yox idi.

Mədəniyyət Nazirliyinin kənarında mədəniyyət yaratmaq, Yazıçılar, Bəstəkarlar, Rəssamlar ittifaqlarının kənarında yazıçı, bəstəkar, rəssam olmaq, AMEA-dan kənarda elmlə uğraşmaq qadağan edilmişdi. Bu qadağanı pozan adamlar donoslarla ifşa olunub cəzalandırılır, onları ifşa edənlər isə fəxri adlar alırdılar.

Və bu eybəcər davranış modeli yetmiş il ərzində nəsildən-nəslə ötürülüb ictimai normaya çevrildi. Çörək yeri oldu. Kollektiv həmrəyliyə sarsılmaz xidmət kimi dəyərləndirildi. Cəmiyyətdə bu kollektiv eybəcərliyə hələ də ictimai norma kimi tapınanlar milyonlarladır.

Mənə ən çox verilən iki sual var: Birincisi, Yazıçılar Birliyinin üzvüsünüzmü, ikincisi, elmi dərəcəniz varmı? Halbuki qəsdən hər ikisindən vaxtında imtina etmişəm. Çünki Yazıçılar Birliyinin üzvü olan minlərlə yazıçı, şairin cümlə, misra yaza bilmədiyini, elmi dərəcəsi olan minlərlə alimin əlində pul öz adından elmi məqalə yazdırmaq üçün adam axtardığını görə-görə özümü aldatmaq istəməmişəm.

Amma bunu görə-görə bu gün də özünü aldadan on minlərlə insan var ölkədə. Şüurlu varlıq olduğunu “vəsiqə”ylə, diplomla təsdiqləyən on minlər...

Onlar üçün Azərbaycan mədəniyyəti nazirliyin işindən ibarətdir. Azərbaycan ədəbiyyatı hələ də Yazıçılar Birliyində yaranır, AMEA hələ də elm məbədidir. Cəmiyyətin ictimai inancı hələ də bu fəlsəfəyə söykənir: İnzibati olmayan hər şey kollektiv ruha ziddir! Müstəqil düşüncə Şərdir!

Və nazir bu düşüncənin pərvanəsi olan topluma deyir ki, Azərbaycan mədəniyyəti təkcə nazirliyin işindən ibarət deyil. Dərd orasında deyil ki, səhv başa düşəcəklər, dərd orasındadır ki, düz başa düşüb qarşı çıxacaqlar.

Sözümü bu post-bolşevik toplumu ifadə edən ən son rastıma çıxan virtual bir dialoqla bitirirəm. Demək, Mədəniyyət Nazirliyi 2026-cı ildən başlayaraq yazıçılara veriləcək Milli Kitab Mükafatı elan edib. Nazirlik əməkdaşı müsahibəsində deyib ki, mükafat istedadlı yazıçılara veriləcək. Bir nəfər müsahibənin linkinə şərh yazıb: İstedadlıları bildik e, bəs yerdə qalanlar?

O bir nəfər bilirsiniz kimdir? CƏMİYYƏT!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Dekabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri