Icma.az
close
up
RU
Nazir: Ölkədə sağlam həyat tərzinin təşviqi vahid strateji çərçivəyə salınmalıdır

Nazir: Ölkədə sağlam həyat tərzinin təşviqi vahid strateji çərçivəyə salınmalıdır

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

 Ölkədə sağlam həyat tərzinin təşviqinin vahid strateji çərçivəyə salınması vacibdir.

 Səhiyyə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bunu səhiyyə naziri Teymur Musayev "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın layihəsinin hazırlanması üzrə yaradılmış Sağlam həyat tərzi üzrə Alt İşçi qrupunun ikinci iclasında deyib.

O qeyd edib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" uğurla icra olunmaqla ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm zəmin yaradıb.

Nazir bu inkişafın davamlılığının təmin edilməsi məqsədilə Strategiyanın indiyədək icrası üzrə cari dövrdə əldə olunan nəticələr və təcrübələr nəzərə alınaraq, ölkədə sağlam həyat tərzinin təşviqi istiqamətində görüləcək tədbirlərin gələcək illərdə də vahid strateji çərçivəyə salınmasının vacibliyini vurğulayıb.

"Bununla əlaqədar, Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixli müvafiq Sərəncamının icrası məqsədilə "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın aidiyyəti tədbirlərinin effektiv reallaşdırılması üçün yaradılmış "Sağlam həyat tərzi" üzrə Alt İşçi qrupu öz fəaliyyətini intensiv şəkildə davam etdirir", - nazir əlavə edib.

İşçi qrupunun rəhbəri, həmçinin vurğulayıb ki, növbəti illər üçün hazırlanacaq strategiyada müasir dövrün reallıqları və qlobal trendlər nəzərə alınaraq, gələcəkdə tətbiqi daha effektiv nəticələr verən tədbirlər öz əksini tapacaqdır.

Tədbirdə Alt İşçi qrupunun üzvlərinin təklifləri əsasında hazırlanmış sənəd layihəsinin ilkin təqdimatı keçirilib.

İşçi qrupunun üzvləri tərəfindən sözügedən təkliflərə dair müzakirələr aparılmaqla, müəyyən məqamlara aydınlıq gətirilib, fəaliyyət istiqamətləri və aidiyyəti tədbirlər müəyyənləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri