NAZİR ONLARI YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ ETN də növbəti dəyişiklik + FOTO
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətində dəyişiklik olunub.
Mia.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Bundan əvvəl Fondun sədr müavini vəzifəsində çalışan B.Əzimov “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alıb.
Digər əmrlə Rüfət Tağı Zadə isə Fondun sədr müavini vəzifəsinə təyin olunub.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi və Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. Rüfət Tağı Zadə bundan əvvəl Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Baxış sayı:91
Bu xəbər 10 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















