Icma.az
close
up
RU
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb

Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanda pambıqçılığın inkişafına mane olan problemlər var".

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.

"Bunlardan biri sahələrin xırda və parçalanmış olmasıdır. Kiçik və bir-birindən uzaq yerləşən əkin sahələri müasir kənd təsərrüfatı texnikasından səmərəli istifadəyə mane olur, mexanikləşdirilmiş yığım prosesini çətinləşdirir və istehsal xərclərini artırır. Digər problem defoliasiya tədbirlərinin düzgün aparılmamasıdır. Defoliantların tətbiq vaxtının və normasının düzgün seçilməməsi qozaların açılmasına, məhsuldarlığın azalmasına və pambıq lifinin keyfiyyətinin pisləşməsinə səbəb olur. Bundan başqa, növbəli əkin sistemi zəif tətbiq olunur. Pambığın eyni sahədə uzun müddət becərilməsi torpaq münbitliyinin azalmasına, xəstəlik və zərərvericilərin artmasına, nəticədə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. İxtisaslı kadr və işçi qüvvəsi çatışmazlığı var. Aqronom, mexanizator və pambıqyığan kombayn operatorlarının çatışmazlığı aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli icrasına mənfi təsir göstərir. Sahələr torpaq və su potensialına uyğun seçilmir. Pambığın aşağı münbitlikli, yüksək şoranlaşmış və su təminatı zəif olan sahələrdə əkilməsi istehsalın səmərəliliyini və məhsuldarlığı azaldır", - deyə o qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, 2030-cu ilə qədər müasir suvarma sistemləri ilə təmin olunan pambıq sahələri 42 min hektara çatdırılacaq: "Pambıq sahələrinin müasir suvarma sistemləri ilə təminatının genişləndirilməsi nəzərdə tutulur. 2026-cı ildə pambıq əkinlərinin 6,6 min hektarı müasir suvarma sistemləri ilə təmin edilib. Bu sahələrin 6 527 hektarında pivot, 22 hektarında sprinkler, 8 hektarında isə damlama suvarma sistemləri tətbiq olunub. Dövlət Proqramına əsasən, 2030-cu ilə qədər müasir suvarma sistemləri ilə təmin edilmiş pambıq əkinlərinin sahəsinin təxminən 42 min hektara çatdırılması hədəflənir. Bu məqsədlə müvafiq qurğu və avadanlıqların dəyərinin 40 %-nə qədər hissəsinə güzəşt tətbiq ediləcək, kreditlər üzrə 40–50 % subsidiyası veriləcək, həmçinin əməliyyat xərclərinin bir hissəsinin ödənilməsi üçün əlavə subsidiya mexanizmləri nəzərdə tutulacaq.

"Azərbaycanda ötən il pambıqçılığın əsas yükünü üç rayon daşıyıb"

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Onun sözlərinə görə, ötən il pambıq əkin sahələrinin həcminə görə lider rayonlar Saatlı (12,6 min hektar), Ağcabədi (11,8 min hektar) və Sabirabad (11,1 min hektar) olub: "Ümumi pambıq əkinlərinin 35,3 %-i məhz bu üç rayonun payına düşüb. Pambıq istehsalında isə Saatlı (45,7 min ton), Ağcabədi (41,3 min ton) və Beyləqan (37,5 min ton) rayonları liderlik edib. Ölkə üzrə ümumi pambıq istehsalının 34,3 %-i bu üç rayonun hesabına formalaşıb. Məhsuldarlıq göstəricilərinə görə Beyləqan (4,2 ton/ha), Biləsuvar (4,1 ton/ha) və Neftçala (4,0 ton/ha) rayonları ilk üçlükdə qərarlaşıb".

Nazir əlavə edib ki, ölkədə pambıq emalı 4 dəfə artırılacaq, iki yeni müəssisə yaradılacaq. "Dövlət Proqramında pambıqçılığın klaster modeli əsasında inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə xam pambıq istehsalının artırılması ilə yanaşı, emal sənayesinin də genişləndirilməsi planlaşdırılır. 2025–2030-cu illər üzrə əsas hədəflər ixtisaslaşmış 15 rayonda pambıq üzrə orta məhsuldarlığın təxminən 50 sentner/hektara çatdırılması, xam pambıq istehsalının 17 % artırılması, iplik və parça istehsalı da daxil olmaqla emal həcminin 4 dəfə artırılması, əlavə olaraq 2 yeni emal müəssisəsinin yaradılmasıdır. Dövlət Proqramının icrası nəticəsində emal sənayesinin inkişafı, pambıqçılıqda məhsuldarlığın yüksəlməsi, yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması gözlənilir".

"Banklar fermerlər üçün girov tələblərini yumşaltmağa hazırdır"

Məcnun Məmmədov bildirirb ki, Azərbaycan bankları fermerlər üçün girov tələblərini yumşaltmağa hazırdır.

"Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankınən dəstəyi ilə banklarla birgə görüş keçirmişik. Yeni Dövlət Proqramının (2022–2026-cı illər) maliyyələşdirilməsində özəl bankların iştirakı nəzərdə tutulur. Bankların əsas qaldırdığı məsələ kredit götürəcək şəxslər barədə dolğun və etibarlı məlumatların mövcudluğu ilə bağlıdır. Biz razılığa gəldik ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hər bir fermerin son 5-6 il ərzində hansı məhsulu, harada və nə qədər ərazidə əkdiyi, eləcə də əldə etdiyi məhsuldarlıq barədə məlumatların banklara təqdim edilməsinə imkan yaradılsın. Çünki bank müştərisini tanımalı və onun fəaliyyət tarixi barədə ətraflı məlumata malik olmalıdır.

Bankların etimadını artırmaq üçün onları maksimum dərəcədə məlumatlandırmalıyıq. Bank nümayəndələri bildirdilər ki, fermerlər barədə etibarlı məlumatlar və fəaliyyət tarixçəsi olduğu halda girov təminatı ilə bağlı daha çevik yanaşma tətbiq etməyə hazırdırlar. Biz də bu məlumatların təqdim olunmasına hazır olduğumuzu bəyan etdik", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, burada fermerlərin də üzərinə müəyyən məsuliyyət düşür:

"Elektron Kənd Təsərrüfatı sistemində təqdim olunan bütün məlumatlar dolğun, düzgün və tam olmalıdır. Fermer nə qədər dəqiq və dürüst məlumat paylaşarsa, bu, gələcəkdə onun kredit əldə etməsinə, həmçinin subsidiya mexanizmlərinin daha səmərəli tətbiqinə imkan yaradacaq. Bu baxımdan əkin məlumatları təkcə banklar üçün deyil, digər maliyyə və sığorta institutları üçün də mühüm əhəmiyyət daşıyır. Fermerlər əkinlərini bəyan etsələr də, bir çox hallarda sonradan istehsal etdikləri məhsulun həcmini Sistemə daxil etmirlər. Bu isə gələcəkdə kredit müraciətləri zamanı banklarda əlavə suallar yarada bilər. Ona görə də ilk növbədə hər bir fermer və sahibkar öz məlumatlarını düzgün və tam şəkildə sistemə daxil etməlidir. Bu, gələcəkdə dövlət proqramlarından və maliyyə alətlərindən istifadə üçün də əsas şərtlərdən biri olacaq".

"Məhsul şəhadətnaməsi" mexanizmi üzərində iş aparılıb və müvafiq dövlət qurumlarına təqdim olunub. Hazırda sənədə baxılır. Ümid edirik ki, payız sessiyasında Milli Məclisə təqdim ediləcək və qəbul olunacağı təqdirdə fermerlər üçün yeni maliyyələşmə mexanizmi formalaşacaq. Belə ki, fermerlər öz məhsulları əsasında məhsul şəhadətnaməsi əldə edərək həmin sənədi girov kimi təqdim etməklə banklardan kredit ala biləcəklər. Başqa sözlə, girov rolunu fermerin məhsulu oynayacaq. Bunun üçün isə müvafiq qanunvericilik bazasının formalaşdırılması vacibdir", - deyə M.Məmmədov əlavə edib.

"Pambıqçılıq 200-300 min nəfərin gəlirlərinə birbaşa təsir göstərir"

Kənd təsərrüfatı naziri qeyd edib ki, Azərbaycanda pambıqçılıq 200-300 min nəfərin gəlirlərinə birbaşa təsir göstərir.

Onun sözlərinə görə, 2025-ci ildə pambıqçılığın ümumi kənd təsərrüfatı və emalı ixracında payı 13,3 % təşkil edib: "Eyni zamanda, pambıq istehsalının ümumi aqrar istehsalda payı 2 %, pambıq əkinlərinin ümumi əkin sahələrində payı isə 6 % olub. 2025-ci ildə pambıq istehsalı və emalı sahəsində təxminən 50 min daimi və mövsümi işçi çalışmışdır. Bu isə təxminən 200-300 min nəfərin sosial rifahına və gəlirlərinə birbaşa təsir göstərib. Beləliklə, pambıqçılıq təkcə iqtisadi əhəmiyyət daşıyan sahə deyil, eyni zamanda regionlarda məşğulluğun və əhalinin gəlirlərinin sabitləşdirilməsində mühüm rol oynayan strateji sahə kimi çıxış edir".

Nazir qeyd edib ki, 2025-ci ildə Azərbaycan 114 min tondan çox mahlıc ixrac edib: "Ötən il ölkədə 100,5 min hektar sahədə pambıq əkini aparılıb. Bu da birillik əkin sahələrinin 6,3 %-ni təşkil edib. Hesabat ilində ölkə üzrə orta məhsuldarlıq hər hektardan 36,1 sentner, ümumi pambıq istehsalı isə 362,9 min ton olub. Pambığın əsas emal məhsullarından olan mahlıc istehsalı 97,0 min ton, iplik istehsalı 22,0 min ton, parça istehsalı isə 33,6 milyon kvadratmetr təşkil edib. Eyni zamanda, 2025-ci ildə ölkədən 114,3 min ton mahlıc, 15,1 min ton iplik və 12,8 milyon kvadratmetr parça ixrac olunub".

İş elanları AzVak.az-da

© "Report"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://marja.az
archiveBu xəbər 24 İyun 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri