Icma.az
close
up
RU
Nazir pensiyalarla bağlı müsbət anons verdi Reallıq fərqli imiş

Nazir pensiyalarla bağlı müsbət anons verdi Reallıq fərqli imiş

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin pensiyalarla bağlı çıxışı diqqət çəkib. O, Milli Məclisin 20 noyabrda keçirilən plenar iclasında deyib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait ötən illə müqayisədə 782,4 milyon manat və ya 10,9 faiz artımla nəzərdə tutulub.

Sitat: “Bunun 81,2 faizi və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür. 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2 faiz səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2 faiz artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır”.

Bu artım hazırkı bahalaşma və inflyasiya fonunda pensiyaçaların həyatına hansı müsbət təsir göstərəcək? Bahalıq pensiyalara edilən artıma təsir edə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimovun sözlərinə görə, nazirin açıqladığı rəqəmlərə əsasən pensiyalar təqribən 9,2-9,3 faiz həcmində artırılacaq:

“Lakin məlumdur ki, pensiyaçıların ən çox istifadə etdiyi xidmətlərdən biri xüsusilə nəqliyyatdır və burada qiymətlər ən azı 20-30 faizdən çox bahalaşıb. Eyni vəziyyət dərman vasitələri ilə bağlı da müşahidə olunur. Orta statistik Azərbaycan vətəndaşı real bahalaşmanı görür və aydın olur ki, faktiki inflyasiya indeksi iki rəqəmli səviyyədədir, yəni ən azı 12-15 faiz civarında, hətta daha çoxdur. Belə olan halda, pensiyaların 9,2 faiz indeksasiyası yalnız kağız üzərində artımı göstərir”.

Asif İbrahimov

İqtisadçı qeyd edib ki, kağız üzərində hesablanan inflyasiya ilə müəyyən uyğunluq yaransa belə, bu, hazırkı real şəraitə adekvat deyil:

“Yəni Azərbaycanda yaşayan bir çox pensiyaçı çətinliklə üzləşəcək. Pensiyaçıların əsas xərcləri dərmanlar, kommunal xidmətlər və ərzaq məhsulları – çörək, ət və digər gündəlik tələbat mallarıdır. Bu kateqoriyaların hər birində 9,2 faiz deyil, daha yüksək bahalaşma müşahidə olunur. Buna görə də 9,2 faizlik indeksasiya gerçək durumu əks etdirmir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see200

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see174

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri