Icma.az
close
up
RU
Nazir Qarabağdakı müəllimlərlə görüşdü

Nazir Qarabağdakı müəllimlərlə görüşdü

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib.

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən təhsil müəssisələrinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə nazir çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə müasir tədris mühitinin yaradılması və müəllimlərin peşə fəaliyyətini dəstəkləyəcək şəraitin formalaşdırılması istiqamətində görülən işləri qeyd edib.

Nazir həmçinin məktəb-valideyn əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, təhsil işçilərinin peşəkar potensialının artırılması işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin dayanıqlı inkişafının əsas amillərindən biridir.

Elm və təhsil naziri müəllimlərin qayğı və problemlərini, səsləndirilən təklifləri dinləyib, onların səylərini yüksək qiymətləndirərək Böyük Qayıdış çərçivəsində təhsil sahəsinin inkişafına verdikləri töhfələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə yaradılmış təhsil infrastrukturu və qarşıda duran əsas vəzifələr, eyni zamanda tədrisin keyfiyyəti, innovativ tədris metodlarının tətbiqi və müasir təhsil proqramlarının uğurla icrası ilə bağlı vacib məqamlar müzakirə olunub.

Sonda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli və dayanıqlı təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Görüşdən sonra Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış şərait, eləcə də STEAM mərkəzi ilə tanışlıq olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri