Nazir qəzaya düşdü, sürücüsü öldü
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Mordoviya Respublikasının mədəniyyət naziri Svetlana Baulina ezamiyyətdən qayıdarkən ağır qəzaya düşüb. Onun sürücüsü dünyasını dəyişib.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə dekabrın 11-nə keçən gecə Saranskdan 150 kilometr aralıda, respublikanın Atyuryevski rayonu ərazisində, M-5 avtomobil yolunda baş verib.
Baulina ezamiyyətdə olduğu Ryazandan qayıdırmış. Səfər zamanı onun olduğu “Skoda” markalı minik avtomobili yük maşını ilə toqquşub və sürücüsü ölüb. Nazir özü Saransk xəstəxanasına çatdırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini və şəraitini araşdırır.
Bu mövzuda digər xəbərlər:Nazir qəzaya düşdü, sürücüsü öldü
11 Dekabr 2024 21:31
İranlı nazir qəzaya düşdü
14 Noyabr 2024 15:48
Baxış sayı:84
Bu xəbər 11 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















