Icma.az
close
up
RU
Nazir: Təhsil sahəsində Azərbaycan dili ilə bağlı məzmun, müəllim və qiymətləndirmə əsas məqamlardır

Nazir: Təhsil sahəsində Azərbaycan dili ilə bağlı məzmun, müəllim və qiymətləndirmə əsas məqamlardır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Təhsil sahəsində Azərbaycan dili ilə bağlı əsas üç məqamı qeyd etmək istədim. İstənilən fənn kimi məzmun, müəllim və qiymətləndirmə öz-özlüyündə kifayət qədər texniki yanaşma tələb edir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev dekabrın 8-də parlamentdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı bildirib.

Nazir bildirib: “Bizim yanaşmamız ondan ibarətdir ki, dillə bağlı ayrı-ayrı tədqiqatlara əsaslanan müzakirələri daha faydalı hesab edirik. Məzmun məsələsinə gəldikdə burada əsas dörd məqsəd müəyyən olunub. Bu, dil duyumunun formalaşması və inkişafı, dildən istifadədə səriştəlilik və özünəgüvən, dil vasitəsilə idraki bacarıqların inkişafı, dil vasitəsilə özünüifadə və yaradıcılıqdır. Müşahidələr onu göstərir ki, ənənəvi Azərbaycan müəlliminin sinif otağındakı davranışı ilə bugünkü müəllim arasında kifayət qədər fərqlər var və bunu da problem kimi qeyd etmək istəyirəm. İlk növbədə, Azərbaycan dilinin tədrisi zamanı dinləmə və danışma, oxu, yazı, dil qaydalarının düzgün tədrisindən danışırıq. Bir çox hallarda müxtəlif maraqları təmsil edən insanlar tərəfindən məktəblərin üzərinə onların daşıya bilməyəcəyi yük və yaxud gözlənti qoyulur. Yəni biz 6 yaşlı uşaqdan dillə bağlı siyasi mövqe gözləyə bilmərik. Biz 6 yaşlı uşaqdan dilə sevgi formalaşdırmaq üçün ilkin bacarıqları formalaşdırmalıyıq. Biz geniş siyasi çağırışlarla 6 yaşlı uşağı daha yaxşı Azərbaycan dilində danışmağa sövq edə bilmərik. Bunun üçün müəllim, düzgün metodikaya və mütəxəssislərə ehtiyac var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri