Nazir: Ucuz enerji sənayenin rəqabət gücünü artırır
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şimali Makedoniyanın energetika, mədən sənayesi və mineral ehtiyatlar naziri Sanya Bojinovska əlçatan və etibarlı enerji təminatının sənayenin rəqabət qabiliyyəti üçün mühüm amil olduğunu bildirdi.
O, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qeyd etdi ki, enerji təhlükəsizliyi regional əməkdaşlıq və infrastrukturun inkişafı ilə sıx bağlıdır.
Nazirin sözlərinə görə, ölkələr arasında enerji əlaqələrinin genişləndirilməsi təchizatın şaxələndirilməsinə, enerji bazarlarının dayanıqlığının artırılmasına və yeni investisiya imkanlarının yaranmasına şərait yaradır.
Bojinovska Şimali Makedoniyanın enerji infrastrukturunun inkişafı, regional interkonnektorların qurulması və bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası istiqamətində işləri davam etdirdiyini bildirib. O, enerji keçidinin həm əlçatan, həm də investisiyalar üçün cəlbedici olması vacibliyini vurğuladı.
Lalə Mehralı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 25 Sentyabr 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















