Nazir Uraloğlu açıqladı: Hava limanlarında yeni dövr
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu hava limanlarında sərnişinlərin uçuş izləməsindən naviqasiyaya qədər bir sıra xidmətlərdən vahid mobil tətbiq vasitəsilə yararlana bildiyini deyib.
Sherg.az xəbər verir ki, Uraloğlu Dövlət Hava Meydanları İşlətməsi (DHMİ) Baş İdarəsi tərəfindən hazırlanmış “Uçuş Rəhbərim” mobil tətbiqi barədə məlumat verib.
Nazirin sözlərinə görə, iOS və Android sistemlərində fəaliyyət göstərən tətbiq vasitəsilə sərnişinlər uçuşlarını real vaxt rejimində izləyə, hava limanında naviqasiyadan, pulsuz internet xidmətindən və avtomobilin yerini yadda saxlamaq imkanından istifadə edə bilərlər.
Uraloğlu bildirib ki, canlı uçuş izləmə sistemi vasitəsilə Türkiyə hava məkanındakı daxili, beynəlxalq və tranzit reysləri xəritə üzərindən real vaxtda izləmək mümkündür.
Nazir qeyd edib ki, 2020-ci ilin oktyabrında istifadəyə təqdim olunan “Uçuş Rəhbərim” tətbiqi indiyədək 623 mindən çox dəfə yüklənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 15 Sentyabr 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















